Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai əsərləri əlyazmalarda” adlı tədbir və sərgi təşkil olunub

Daşkənd, 3 dekabr, АZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddə keçirilən “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” çərçivəsində bu ölkənin Milli Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda “Nizami Gəncəvi və Əlişir Nəvai əsərləri əlyazmalarda” adlı tədbir və sərgi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Özbəkistanın Xalq şairi Camal Kamal tərəfindən Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Xəmsə” əsəri və Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər tərəfindən Azərbaycan dilinə çevrilmiş Əlişir Nəvainin “Xəmsə” əsərinin də təqdimatı keçirilib.

Mərasimdə institutun rəhbər heyəti, elmi işçilər, Özbəkistanın elm və ədəbiyyat xadimləri, jurnalistlər iştirak ediblər.

Əvvəlcə iştirakçılar Nizami Gəncəvi və Əlişir Nəvainin Şərqşünaslıq İnstitutunun fondunda saxlanılan əlyazmaları ilə tanış olublar, onlara Nizami Gəncəvi və Əlişir Nəvainin nadir əlyazmaları nümayiş etdirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Özbəkistan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru Baxrom Abduhalimov Azərbaycanla elm, ədəbi əlaqələr sahəsində əməkdaşlıq, ötən illərdə həyata keçirilən layihələr, Mədəniyyət Mərkəzi ilə birgə hər iki xalqın ortaq dəyərlərinə dair tədqiqatların aparılması, habelə şərq və türk dünyası ədəbiyyatının dünya şöhrətli iki mütəfəkkiri Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılıqları haqqında fikirlərini bölüşüb. O, rəhbərlik etdiyi İnstitutun fondunda saxlanılan Şərq əlyazmalarından danışaraq, fondda böyük Azərbaycan şairi Nizami Gəncəvinin 70, Əlişir Nəvainin 200-dən artıq əlyazmasının saxlanıldığını qeyd edib.

AMM-nin direktoru AMM-nin təşəbbüsü ilə Nizami Gəncəvinin Özbəkistanda çap olunan “Xəmsə”sı haqqında söhbət açaraq deyib ki, indiyədək Nizami Gəncəvinin “Xəmsə”si Özbəkistanda heç vaxt belə mükəmməl və tam olaraq tərcümə və nəşr edilməyib.

Samir Abbasov iki ölkə arasında həyata keçirilən mədəni layihələrdən danışıb, bu mövzuda indiyədək 90-dan çox adda kitabın özbək dilində çap edildiyini bildirib. O, böyük özbək şairi Əlişir Nəvainin dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq “Xəmsə” yaratdığını vurğulayıb. Bu il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə “Nizami Gəncəvi İli” elan olunduğunu, Özbəkistanda da Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd edildiyini diqqətə çatdırıb. S. Abbasov bu münasibətlə ilk dəfə olaraq Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilinə və Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycan dilinə tərcümə edilərək geniş ictimaiyyətə təqdim olunduğunu bildirib.

Azərbaycan Mədəniyyət Nazirliyinin bölmə müdiri Akif Marifli Mədəniyyət Mərkəzi ilə Özbəkistan Elmlər Akademiyası arasındakı əməkdaşlığı yüksək qiymətləndirib, mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilinə çevrilməsindən danışıb, bunu Azərbaycan və Özbəkistanın mədəni həyatında böyük hadisə adlandırıb.

Azərbaycan Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov Nizami Gəncəvinin “Xəmsə”sinin Daşkənddə özbək dilində, Əlişir Nəvainin “Xəmsə”sinin Ramiz Əskərin Azərbaycan dilində tərcüməsinin çap olunmasına böyük qiymət verib. Akademik deyib ki, dünyanın elə bir mədəniyyət mərkəzi yoxdur ki, orada heç olmasa Nizami Gəncəvinin bir əlyazması olmasın. Bizə məlumdur ki, Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərini ilk dəfə Orta Asiyada Qütb tərcümə edib. Sonra şairin digər əsərlərindən parçalar tərcümə olunub. Amma Samir Abbasovun rəhbərlik etdiyi Mədəniyyət Mərkəzi “Xəmsə”ni tam olaraq özbək oxucularına çatdırıb.

Ramiz Əskər bildirib ki, Şərq şairləri Nizami Gəncəvidən sonra 100-ə yaxın “Xəmsə” yazıb. Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami və Əlişir Nəvainin “Xəmsə”ləri daha populyardır. Bu dörd şairdən üçü türk mənşəlidir. Şairlərin üçü “Xəmsə”ni farsca, təkcə Əlişir Nəvai türkcə yazıb. Bu mənada Əlişir Nəvai bizim üçün böyük bir dövrün başlanğıcıdır.

Ramiz Əskər deyib: “Mən Əlişir Nəvainin “Xəmsə”sini niyə tərcümə etdim? Çalışdığım universitetdə Əlişir Nəvai 6 saat tədris olunur. Tələbələrə bu böyük şairin əsərlərini oxumaq üçün tapşıranda məlum oldu ki, bu əsərlərin heç biri azərbaycanca yoxdur. Məhz ona görə də bu çətin işi öz öhdəmə götürdüm və uğurla yerinə yetirdim”.

AMEA Əlyazmalar İnstitutunun Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə “Nizami Gəncəvi “Xəmsə”sinin özbək dilinə tərcüməsi və nəşri”, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz “Nizaminin əsərlərində dünyəvilik fəlsəfəsi”, Ankara Milli Kitabxanasının şöbə müdiri, professor Niyazi Unver “Nizami Gəncəvinin Türkiyə Milli Kitabxanasında olan əlyazmaları”, Türkiyə Milli Kitabxanasının elmi işçisi Emrah Beskin “Əlişir Nəvainin Türkiyə Milli Kitabxanasında olan əlyazmaları”, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova “Nizami və Nəvai müasir dövrdə”, Şərqşünaslıq institutunun şöbə müdiri Salomaxon Eşonova “Nizami Gəncəvinin Şərqşünaslıq İnstitutunun fondunda saxlanılan əlyazmaları” mövzularında məruzələr ediblər.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzi ilə Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvi və Əlişir Nəvainin Azərbaycan və Türkiyədən əldə olunan əlyazmalarının surətləri Özbəkistan Şərqşünaslıq İnstitutunun kitabxanasına hədiyyə edilib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb