DAŞKƏNDDƏ SOYDAŞLARIMIZIN KİTABLARI ÇAP OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənddəki “Musiqi” nəşriyyatı Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasının professorları Nərgiz Poladxanovanın “Xüsusi fortepiano” və Ramidə Poladxanovanın “Konsertmeyster ustalığı sinfində opera səhnəsi üzərində iş” kitablarını rus dilində çap etmişdir.
Xatırladaq ki, Nərgiz Poladxanovanın indiyədək Özbəkistanda və xarici ölkələrdə 10-a yaxın elmi-metodik kitabı işıq üzü görmüşdür. Nərgiz xanım həm də Özbəkistanda gözəl piano ifaçısı kimi məşhurdur. Daşkənddə vaxtaşırı onun konsertləri keçirilir və belə tədbirlərdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları da yaxından iştirak edirlər.
Nərgiz və Ramidə Poladxanova bacılarının anası Müqəddəs xanım da Konservatoriyanın professorudur və uzun illərdir ki, bu təhsil ocağında dərs deyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]