DAŞKƏNDDƏKİ AZƏRBAYCAN MƏSCİDİNDƏ İFTAR MƏCLİSİ
Məclisdə Daşkənddə və Cənubi Qazaxıstanda yaşayan Azərbaycan diasporunun üzvləri, qardaş özbək xalqının nümayəndələri iştirak etmişlər.
Məscidin mollası Asif Hüseynov buraya toplaşan soydaşlarımızı müqəddəs Ramazan bayramı münasibətilə təbrik etmiş, Qurani-Kərimdən ayələr oxumuşdur. Sonra soydaşlarımız iftar süfrəsinə dəvət olunmuşlar.
Məclisdə Azərbaycanın Özbəkistandakı səfiri Aydın Əzimbəyov iştirak etmişdir. Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının sədri Akif Ağatalıbov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, bu gözəl və yaraşıqlı binanın tikilib istifadəyə verilməsində səfirimiz Aydın Əzimbəyovun xidməti çoxdur. Buna görə də Azərbaycan diasporu adından ona minnətdarlığımızı bildirirəm.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]