DÜNYA
Daşqınlar Tailandın cənubunda 15 nəfərin həyatına son qoyub
Bakı, 6 dekabr, AZƏRTAC
Tailandın cənubunda güclü leysan yağışlarının səbəb olduğu daşqınlar son 10 gün ərzində 15 nəfərin həyatına son qoyub. Həlak olanların hamısı güclü su axınına düşərək boğulub.
AZƏRTAC “Bangkok Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə Tailandın Daxili İşlər Nazirliyinin təbii fəlakətlərin qarşısının alınması üzrə xidməti məlumat yayıb.
Daşqınlar 7 əyalətə, həmçinin ölkənin cənubunda Malayziya ilə sərhəddə yerləşən regionların kənd təsərrüfatına zərər vurub. Davam edən yağışlar yeni rayonların da su altında qalması təhlükəsini artırıb.
Qəzetin məlumatına əsasən, dekabrın 5-dən 6-na keçən gecə Tailandın cənubunda Nakhon Sithammarat əyalətində güclü su axını insanları daşıyan avtobusu aşırıb. Sərnişinlərdən 50-si xilas olunsa da, 2 qadın həlak olub. Onların ölümü hələ ki Daxili İşlər Nazirliyinin statistikasına salınmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [21:18]
Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib
- 08.05.2024 [21:17]
Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq
- 08.05.2024 [20:55]
Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir
- 08.05.2024 [19:29]
Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib
- 08.05.2024 [19:05]
Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]