Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Davos Forumu Azərbaycanın Orta Dəhlizin reallaşmasında əvəzsiz rolunu bütün dünyaya bəyan etdi

Davos Forumu Azərbaycanın Orta Dəhlizin reallaşmasında əvəzsiz rolunu bütün dünyaya bəyan etdi

Bakı, 24 yanvar, AZƏRTAC

Davos İqtisadi Forumu dünyanın əksər ölkələrindən dövlət və hökumət başçılarının, eləcə də transmilli şirkət rəhbərlərinin iştirak etdiyi maraqlı və çox faydalı bir qlobal ünsiyyət platformasıdır. Qloballaşma prosesləri fonunda Davos İqtisadi Forumunun əhəmiyyəti də ildən-ilə artmaqdadır.

Forum ölkələrin beynəlxalq iqtisadi sistemə inteqrasiya proseslərində yeni və çox istiqamətli qarşılıqlı əməkdaşlığı stimullaşdırır və dünya miqyasında qarşılıqlı iqtisadi əlaqələrin möhkəmləndirilməsinə böyük töhfələr verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

Deputat qeyd edib ki, lakin Forumun əhəmiyyəti bunlarla məhdudlaşmır. Aydındır ki, heç bir iqtisadiyyat qapalı, təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Müasir dövrdə milli iqtisadiyyatlar digər ölkələrin iqtisadiyyatları ilə, eləcə də beynəlxalq iqtisadi qurumlarla qarşılıqlı əməkdaşlıq sayəsində inkişaf edə bilər. Bu isə öz növbəsində qarşılıqlı əməkdaşlığın daha geniş spektrini, o cümlədən beynəlxalq səviyyədə dövlətlərarası siyasi münasibətləri stimullaşdırır. Bu proseslərdə siyasətsiz iqtisadiyyat mövcud deyil. Ona görə də Davos Forumunun adı iqtisadi forum olsa da, bu platformada həm də siyasətdə öz yerini tutur. Prezident İlham Əliyevin keçən həftə ərzində Davos Forumu çərçivəsində keçirdiyi çoxsaylı görüşlər bir daha bunu sübut edir.

Davos Forumu çərçivəsində Azərbaycan Prezidentinin keçirdiyi bütün ikitərəfli görüşlərin mövzusu ölkə və bölgə miqyaslı iqtisadi layihələr və təşəbbüslərlə bağlı oldu. Lakin bu layihələrin həyata keçirilməsi üçün ölkəmizdə, eləcə də yerləşdiyimiz Cənubi Qafqaz bölgəsində siyasi vəziyyət də təhlil olunmalıdır. Odur ki, Davos İqtisadi Forumu bütün iştirakçılar, xüsusilə də Azərbaycan üçün bölgəmizdə və ölkəmizdə baş verən hadisələrin mahiyyətinin doğru-düzgün təqdimatı baxımından həm də böyük siyasi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bəzi erməni politoloqlar hökumət başçısı Paşinyanın Davos Forumunda iştirak etməməsini Azərbaycanla rəqabətdə növbəti məğlubiyyət kimi qiymətləndirirlər. Onlar Davosda keçirilmiş daha əvvəlki forumların birində Əliyev-Paşinyan debatını xatırladır və bunun ermənilər üçün biabırçılıq olduğunu etiraf edirlər.

Builki Davos Forumunda Ermənistan təmsil olunmasa da, onun bölgədə apardığı destruktiv siyasət tədbir çərçivəsində keçirilən və Prezident Əliyevin iştirak etdiyi müxtəlif iclaslarda obyektiv qiymətini aldı. Son bir ayda Laçın-Xankəndi yolunda ekofəalların keçirdikləri dinc etiraz aksiyası ilə bağlı Ermənistanın bütün beynəlxalq platformalarda Azərbaycana qarşı apardığı yalan və böhtan kampaniyası Prezident İlham Əliyev tərəfindən ifşa olundu.

Lakin Davos Forumunun ölkəmiz üçün əhəmiyyəti bununla məhdudlaşmır. Forum çərçivəsində dövlətimizin başçısı bir sıra transmilli şirkətlərin və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlər keçirdi. Prezidentin Forum çərçivəsində 19 yanvar tarixində keçirilmiş “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasındakı çıxışı isə bütövlükdə Avrasiya miqyasında çoxtərəfli qlobal əməkdaşlığın perspektivlərini əhatə etdi.

“Prezident İlham Əliyev çıxışında alternativ layihələrlə müqayisədə Orta Dəhlizin yaratdığı üstünlükləri ətraflı şərh etdi. Bütün iştirakçı dövlətlər üçün əlverişli əməkdaşlıq imkanları vəd edən Orta Dəhlizin reallığa çevrilməsi üçün Azərbaycan tərəfindən son onilliklər ərzində aparılmış davamlı siyasəti və həyata keçirilmiş uğurlu regional layihələri xatırladan Prezident ölkəmizin bu istiqamətdə daha böyük əməkdaşlıq potensialına malik olduğunu vurğuladı. Məhz Azərbaycanın ərsəyə gətirdiyi infrastruktur layihələri nəticəsində Şərq-Qərb istiqamətində tranzit imkanlarının kifayət qədər şaxələndiyini və nəticədə Avropanın davamlı enerji təchizatı üçün güclü zəmin yaradıldığını qeyd edən ölkə başçısı bildirdi ki, o, Orta Dəhlizin çoxsaylı ölkələr arasında yüksək təminatlı sülh və əməkdaşlıq amilinə çevrilməsini labüd və zəruri hesab edir”, - deyə deputat qeyd edib.

Vurğulanıb ki, Orta Dəhliz layihəsinin siyasi üstünlükləri ilə iqtisadi perspektivlərini bir arada şərh edən Prezident İlham Əliyev dəhliz boyunca yerləşən ölkələrdən biri kimi, Azərbaycanın bu layihəyə qata biləcəyi əlavə dəyərlərdən də danışdı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu layihələrdə tranzit ölkə statusunu möhkəmləndirməklə yanaşı, həm də özünün ixrac potensialını əsaslı dərəcədə artırmaq imkanlarına malikdir. Azərbaycan ərazisində, həm quruda və həm də dənizdə istehsal olunması nəzərdə tutulan yaşıl enerji ehtiyatlarının 200 qiqavata yaxın olduğunu qeyd edən Prezident Forumun iştirakçılarını bu innovativ sahədə əməkdaşlığa dəvət etdi. Keçən ilin iyul ayında Aİ ilə imzalanmış strateji əməkdaşlıq haqqında memorandumu, dekabr ayında isə yaşıl enerjinin nəqli üçün Gürcüstandan Rumıniyaya sualtı kabel xəttinin çəkilməsi ilə bağlı Aİ-nın iştirakı ilə Buxarestdə imzalanmış strateji əməkdaşlıq müqaviləsini xatırladan İlham Əliyev ölkəmizin yeni əməkdaşlıq istiqamətlərində əldə etdiyi uğurları beynəlxalq auditoriyanın diqqətinə çatdırdı.

“Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda keçirilmiş panel iclasındakı çıxışında Prezident Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində ölkəmiz tərəfindən aparılan sülh siyasətinin mahiyyətini də ətraflı şərh etdi. Prezident İlham Əliyev beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan sülh sazişinin imzalanmasında maraqlı olduğunu və bu sülhün bütün region ölkələrinin sabit və davamlı inkişafına böyük töhfələr verə biləcəyini qeyd etdi. Lakin Ermənistan tərəfindən sülh prosesinin sabotaj olunmasını və bunun Orta Dəhliz kimi qlobal əhəmiyyətli layihələrin həyata keçməsi üçün maneə yaratdığını bildirən dövlətimizin başçısı Ermənistanın apardığı destruktiv siyasətin iç üzünü açıb göstərdi. Prezident İlham Əliyev Cənubi Qafqaz bölgəsində davamlı sülhün təmin olunması üçün Azərbaycan, Ermənistan və Gürcüstan arasında üçtərəfli əməkdaşlığın da vacibliyini panel iştirakçılarının diqqətinə çatdırdı.

C.Feyziyev vurğulayıb ki, panel müzakirələrində Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş bütün fikirlər Azərbaycanın Orta Dəhliz layihəsinin həyata keçirilməsində əvəzedilməz rolunu bütün dünyaya bəyan etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO