Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” konfransı şəffaflığın təmin edilməsinə öz töhfəsini verəcək - MÜSAHİBƏ

“Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” konfransı şəffaflığın təmin edilməsinə öz töhfəsini verəcək -  MÜSAHİBƏ

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Bakıda Azərbaycan Respublikasının Hesablama Palatasının və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfransın təşkilat komitəsinin həmsədri, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov tədbir barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

- Vahid müəllim, beynəlxalq konfransın mövzu aktuallığını necə şərh edərdiniz?

- Danılmaz faktdır ki, dünyada hökm sürən iqtisadi qeyri-sabitlik və qeyri-müəyyənlik ətraf mühitə amansız münasibətdən və iqlim dəyişikliyindən doğan təhlükəli təbiət hadisələri, sosial-siyasi təlatümlər, miqrasiya və hərbi münaqişələrlə bağlıdır. Məhz bu göstərilən səbəblərdən milyonlarla insanın həyat şəraiti pisləşir və dünya iqtisadiyyatında reqressiya təhlükəsi özünü büruzə verməkdədir. Bu cür halların aradan qaldırılması üçün sosial-iqtisadi həyata və təbiətin mühafizəsinə yeni yanaşmaların qəbul edilməsi və həyata keçirilməsi zərurəti müasir dövrün ən mühüm çağırışlarından biri kimi dünya ölkələrinin diqqətini cəlb etməkdədir. Bunun bariz sübutu olaraq bir neçə il əvvəl BMT-nin sammitində 193 ölkə liderləri tərəfindən dayanıqlı inkişafa dair 17 prinsipin razılaşdırılmasını göstərmək olar.

Məlumdur ki, ən ümumi anlamda dayanıqlı inkişaf dedikdə hazırkı nəslin tələbatının gələcək nəsillərin imkanları hesabına reallaşdırılmamasını özündə ehtiva edən inkişaf nəzərdə tutulur. Daha geniş anlamda isə dayanıqlı inkişaf iqtisadiyyatın sosialyönümlü innovasiya modelinə keçməsi ilə yanaşı, regional ərazi nöqteyi-nəzərindən balanslaşmış tərəqqini, təbii resurslardan səmərəli istifadəni, yerli və qlobal maraqların uzlaşdırılmasını, ümumilikdə isə iqtisadi, sosial və ekoloji tarazlığa nail olma üzrə yeni mexanizmlərin tətbiqi anlamına uyğun gəlir. Başqa sözlə, dayanıqlı inkişaf prinsiplərinin reallaşdırılması bəşəriyyətin tələbatı ilə resurslardan istifadənin tarazlığını, təbii ehtiyatların tükənməsinin qarşısını almağı, digər tərəfdən də hakimiyyət orqanları, biznes strukturları və ictimaiyyətin dayanıqlı inkişaf problemləri istiqamətində səmərəli və qarşılıqlı əlaqələrinin təmin olunmasını tələb edir. Dayanıqlı inkişaf hər bir ölkənin, regionun və iqtisadi subyektin məsul olduğu mühüm bəşəri problemdir. Bu göstərilənlər aspektində də konfransın mövzu aktuallığı özünü büruzə verir.

- Dayanıqlı inkişafla şəffaflığın və hesabatlılığın əlaqəsi barədə nə deyə bilərsiniz?

- Yeni şəraitdə şəffaflığın təmin olunması mühüm əhəmiyyətə malikdir. Məhz şəffaflıq hesabatlılığın və obyektiv, keyfiyyətli informasiya təminatının əsası qismində resurslardan səmərəli və məqsədyönlü istifadənin təmin olunmasında dayanıqlı inkişaf mühüm amil kimi dəyərləndirilir. Heç də təsadüfi deyil ki, Dayanıqlı İnkişaf Məqsədlərində informasiya əlçatanlığı, məlumatların toplanması, monitorinqi və hesabatlılıq dayanıqlı inkişaf üçün ən mühüm elementlər kimi dəyərləndirilir. Ümumiyyətlə isə IFAC-ın məlumatına görə, 17 Dayanıqlı İnkişaf Məqsədinin 8-i mühasibat uçotu, hesabatlılıqla, o cümlədən auditlə birbaşa əlaqədardır. Başqa sözlə, mühasiblər və auditorlar Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasında mühüm rola malikdirlər. Bununla yanaşı, mühasibat uçotunun və auditin də korporativ dayanıqlı inkişafın yeni tələblərinə uyğun olaraq transformasiyası bu günün tələbləri sırasındadır. Dayanıqlı İnkişaf Məqsədlərindən mühasibat uçotu və hesabatlılıqla əlaqəli olanlar sırasına 12.6, 8.3, 17.16, 17.18 və digər məqsədləri aid etmək olar. Məhz mühasibat uçotu və auditin birbaşa təsiri ilə dayanıqlı inkişafın təhsilin keyfiyyəti, gender bərabərliyi, ləyaqətli əmək və iqtisadi artım, məsuliyyətli istehlak və istehsal, bərabərsizliyin azaldılması, təhlükəsizlik, iqlim dəyişikliyi, ekosistemin qorunması, sülh və ədalət, güclü institutların yaradılması və əməkdaşlıq kimi Dayanıqlı İnkişaf Məqsədləri reallaşa bilər. Aparılan tədqiqatlar onu da göstərir ki, mühasiblər və auditorlar maliyyə hesabatları təqdim və təsdiq edilərkən Dayanıqlı İnkişaf Məqsədləri üzrə mövcud durum barədə öz mülahizələrini təqdim etmək, şirkətləri Dayanıqlı İnkişaf Məqsədlərinin şərtlərini yerinə yetirməyə həvəsləndirmək və təşviq etmək, ətraf mühitin mühafizəsinə və sosial məsuliyyətə dair idarəetmənin məlumat bazasını formalaşdırmaq kimi məsələlərin həllində vacib rola malikdirlər. Eyni zamanda auditorların və mühasiblərin məsuliyyətinin artırılması da günün vacib məsələlərindəndir. Bütün bunlar isə öz növbəsində mühasibat uçotu və audit sahəsində kadr hazırlığı prosesinə Dayanıqlı İnkişaf Məqsədləri nöqteyi-nəzərindən yenidən baxmağı və köklü dəyişikliklərin edilməsi məsələsini gündəmə gətirir.

- Dayanıqlı inkişaf sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri necə dəyərləndirərdiniz?

- Dayanıqlı inkişafın bərqərar olması istiqamətində Azərbaycanda da mühüm tədbirlər həyata keçirilməkdədir. Dayanıqlı İnkişaf Məqsədləri ölkənin 2030-cu ilədək milli inkişaf prioritetlərində nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: iqtisadi inkişafa dair Milli Prioritetlərdə növbəti onillikdə reallaşdırılmalı olan beş milli prioritetin demək olar ki, hamısı dayanıqlı inkişafın təminatına yönləndirilmişdir. Milli prioritetlərin realizasiyası məqsədilə hazırlanmış “2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası” Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir.

Digər mühüm nailiyyət kimi, 2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hazırlanmış Yol Xəritəsini göstərmək olar. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər və koordinasiya da xüsusi vurğulanmalıdır.

- Bir çox ölkələrin nümayəndələrinin də qatılacağı beynəlxalq elmi-praktik konfransdan nə gözləyirsiniz?

- Qeyd etdiyim kimi, Dayanıqlı İnkişaf Məqsədləri hökumətin özəl sektor və dövlət təşkilatları, habelə vətəndaş cəmiyyəti institutları ilə sıx əlaqələrinin qurulması şəraitində həyata keçirilə bilər. Aparılan hesablamalar göstərir ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq dünyada ÜDM-in 1,5-4 faizi qədər resurs tələb edir. Məhz biznes strukturlarının dayanıqlı inkişaf sahəsində dövlət təşəbbüslərinə cəlb edilməsinin vacibliyi də bununla izah olunur. Digər tərəfdən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması yalnız beynəlxalq əməkdaşlıq və birgə səylər nəticəsində reallaşa bilər. Məsələn, qeyri-qanuni maliyyə axınlarının azaldılmasını nəzərdə tutan 16.4 məqsədi yalnız bir ölkənin səyi və sərhədi daxilində həll oluna bilməz və beynəlxalq maliyyə mərkəzlərinin belə pulların yuyulması üzərində səmərəli nəzarətin olmasından birbaşa asılıdır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, dayanıqlı inkişafın əhəmiyyəti, üstünlükləri və zərurəti heç də hamı tərəfindən lazımi səviyyədə dərk edilmir. PwC tərəfindən bir çox ölkələri əhatə edən araşdırmaların nəticələri göstərir ki, müəssisələrin direktorlar şurası üzvlərinin 11 faizinin dayanıqlı inkişaf barədə təsəvvürləri belə yoxdur. Digər bir fakt: rəyi soruşulanların yalnız yarısı (53 faiz) biznes strukturlarını sosial məsuliyyətli hesab etmişlər. Başqa sözlə, aparılan tədqiqatlar Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması sahəsində hələ də ciddi problem və çatışmazlıqların olduğunu göstərir. Ümidvaram ki, keçiriləcək konfrans iqtisadi inkişafın müasir mərhələsində şəffaflığın təmin edilməsinə və hesabatlılığın yüksək səviyyədə qurulmasına, dayanıqlı inkişaf sahəsində mövcud olan problemlərin və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə öz töhfəsini vermiş olacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb