Azərbaycan Dövlət İnformasiya Agentliyi

Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində əhalinin siyahıyaalınmasının mühüm rolu

Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində əhalinin siyahıyaalınmasının mühüm rolu

Bakı, 10 aprel, AZƏRTAC 

Oktyabrın 1-10-da Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçiriləcək. Siyahıyaalınmanın yekunları nəticəsində əldə ediləcək statistik məlumatlar Azərbaycanın gələcək inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsində əsas informasiya mənbəyi rolunu oynayacaq. AZƏRTAC əhalinin siyahıyaalınmasının əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyevin məqaləsini təqdim edir.

Ölkəmizin müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar, iqtisadiyyatın dinamik inkişafı və iqtisadi artım tempinə görə regionun lider dövlətinə çevrilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün yeni müstəvidə müdrikcəsinə davam etdirilən Ulu Öndərin dövlətçilik xətti, Prezident İlham Əliyevin yorulmaz rəhbərliyi ilə Azərbaycanda aparılan islahatlar dünyanın nüfuzlu beynəlxalq təşkilatları və reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Danılmaz həqiqətdir ki, respublikamızda ardıcıl həyata keçirilən və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş sosial-iqtisadi siyasəti uğurla icra olunan dövlət proqramları demoqrafiya və əhali sakinliyinin inkişafında öz müsbət təsirini göstərməkdədir.

Qeyd olunmalıdır ki, Şərqi Avropa və MDB dövlətləri arasında ilk dəfə olaraq demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi məqsədilə ölkəmizdə Demoqrafik İnkişaf Konsepsiyası hazırlanıb və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli Sərəncamı ilə təsdiq edilib. Sözügedən konsepsiya milli maraqlar nəzərə alınaraq Azərbaycan tərəfindən ratifikasiya edilmiş bir sıra müvafiq beynəlxalq sənədlərin prinsiplərinə əsaslanıb. Bu konsepsiya ölkəmizdə əhali sakinliyinin inkişafı sahəsində davamlı siyasətin hazırlanmasına və həyata keçirilməsinə təkan verib.

Əhalinin siyahıyaalınmasının yekunları və cari uçot məlumatları əsasında əldə olunan demoqrafik göstəricilər ölkənin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının işlənib hazırlanmasında və həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Demoqrafik göstəricilərə dair proqnoz məlumatlarından sosial-iqtisadi inkişafla əlaqədar gələcək planların qurulması zamanı istifadə olunur. Proqnoz məlumatların hesablanması üçün əsas məlumat mənbələri əhalinin siyahıyaalınması, demoqrafik hadisələrin cari qeydiyyatı və əhalinin mexaniki hərəkətidir. Eyni zamanda, etibarlı proqnoz məlumatlarının əldə olunması üçün sosial-iqtisadi vəziyyətin kompleks qiymətləndirilməsi və fərziyyələrin əsaslandırılması da mühüm əhəmiyyət kəsb edir.

BMT-nin Avropa Statistikləri Konfransının əhalinin və mənzil fondunun siyahıyaalınması üzrə tövsiyələrində ölkələrdə bu tədbirin səmərəli şəkildə həyata keçirilməsi üçün müvafiq qanunvericilik aktları ilə dəstəklənməsinin vacibliyi qeyd olunub.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən, bu il oktyabrın 1-10-da ölkəmizdə əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi nəzərdə tutulub. Həmin Fərmana uyğun olaraq siyahıyaalma ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunların işlənməsi, nəticələrin dərc edilərək yayılması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə həvalə edilib.

BMT-nin metodologiyasına görə ölkə ərazisində yaşayan bütün şəxslər haqqında sosial-iqtisadi, coğrafi-demoqrafik və etnik-mədəni əlamətlərinə görə məlumatların toplanması, ümumiləşdirilməsi və yayılması əhalinin siyahıyaalınmasının əsas məqsədidir. BMT-nin “Əhali və mənzil fondunun siyahıyaalınması - 2020” tövsiyələrində əhalinin siyahıyaalınmasının üzv ölkələr tərəfindən ən azı 10 ildən bir keçirilməsi qeyd olunmuşdu. 2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasından ötən müddət ərzində baş vermiş ictimai-siyasi və iqtisadi proseslər demoqrafik vəziyyətə də təsir göstərərək əhalinin sayına, yerləşməsinə, sosial-iqtisadi, cins-yaş və digər əlamətlər üzrə tərkibinin dəyişməsinə səbəb olmuşdur. Siyahıyaalma nəticəsində demoqrafik vəziyyətin öyrənilməsi ilə əhali haqqında dolğun məlumatlar əldə edilir və həmin məlumatlardan hesablamaların aparılması, proqnozların hazırlanmasında, eləcə də elmi-praktiki işlərdə və təsərrüfat fəaliyyətində istifadə olunur. Siyahıyaalınmanın bütövlükdə həm ölkə, həm də onun regionları üzrə aparılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, əhalinin tərkibinin müxtəlif əlamətlər üzrə öyrənilməsi ölkəmizin sosial-iqtisadi inkişafı üçün gələcək plan və proqramların hazırlanmasında önəmli rol oynayır.

Əhalinin sayı və onun strukturu daim zamana görə dəyişir (insan doğulur və ya ölür, yaşayış yerini dəyişir, nikaha daxil olur və ya boşanır, məktəbi və ya ali təhsil müəssisəsini bitirir, yeni peşəyə yiyələnir və sair). Bu dəyişikliklər bütünlükdə iqtisadiyyatın və cəmiyyətin inkişafına öz təsirini göstərir. Demoqrafik hadisələrin qanunauyğunluqlarının dərk edilməsi yalnız etibarlı məlumatlar əsasında mümkündür.

Hazırda demoqrafiya statistikası sahəsində ilkin məlumatların əldə edilməsi mənbələri aşağıdakılardır:

• əhalinin siyahıyaalınması;

• demoqrafik hadisələrin statistik cəhətdən cari qeydə alınması (doğum, ölüm, nikah və boşanmalar);

• əhalinin miqrasiyasının qeydiyyatı;

• seçmə statistika müşahidələri.

Əhalinin siyahıyaalınması ənənəvi olaraq aşağıdakı əsas prinsiplərə söykənir:

• fərdi uçot - siyahıyaalma zamanı uçota alınan hər bir şəxs barədə məlumatlar elə toplanılır ki, onların xarakteristikalarını ayrıca qeydə almaq mümkün olsun. Bu, müxtəlif əlamətlərin çarpaz təsnifatını aparmağa və bir neçə əlamət üzrə məlumatlar əldə etməyə imkan verir;

• məlumatların eyni dövrə aid olması - siyahıyaalmanın gedişində şəxslər barədə əldə edilən məlumatlar dəqiq müəyyən edilən konkret vaxta (siyahıyaalma anına) aid olmalıdır;

• universallıq - əhalinin siyahıyaalınması ölkənin dəqiq müəyyən edilən ərazisində fərdlərin, ev təsərrüfatlarının və yaşayış vahidlərinin ümumi sayı barədə məlumatların əldə edilməsini təmin etməlidir. Əhalinin uçotu siyahıyaalma anına ölkənin dəqiq müəyyən edilən ərazisində yaşayan və ya olan hər bir şəxsi əhatə etməlidir;

• kiçik ərazilər üzrə məlumatlar - siyahıyaalma ölkənin ən kiçik coğrafi ərazi vahidləri və kiçik əhali qrupları səviyyəsində əhalinin sayı və xarakteristikaları barədə məlumat əldə etməyə imkan verməli, eyni zamanda, fərdi məlumatların konfidensiallığının qorunması kimi mühüm tələbə riayət edilməlidir;

• dövrilik - siyahıyaalma mütəmadi dövriliklə keçirilməlidir ki, müqayisə oluna bilən məlumatlar müəyyən edilmiş ardıcıllıqla əldə edilsin. Siyahıyaalmanın ən azı on ildən bir keçirilməsi tövsiyə olunur.

Lakin son iyirmi ildə BMT-nin Avropa İqtisadi Komissiyasının (BMTAİK) əhatə etdiyi regionda siyahıyaalma konsepsiyasına daha geniş yanaşmanı nəzərdə tutan əlavə yeni metodlar işlənib hazırlanıb. Bəzi ölkələrdə bütün şəxslərlə sorğu aparılmasına əsaslanan ənənəvi üsul öz yerini inzibati reyestrlərdə yer alan məlumatlardan istifadə metoduna verib. Bundan başqa, prioritet bütün şəxslərin və onların xarakteristikalarının nəzərə alınmasından bütün əhali və ən kiçik ərazi vahidləri barədə daha tez-tez əldə edilən əhəmiyyətli məlumatların istifadəsinə doğru dəyişib. Nəticədə BMT-nin AİK regionunda əhalinin siyahıyaalınmasının ümumi anlayışı məlumatların toplanması üçün istifadə edilən metodologiyadan daha çox, materialların əldə edilməsi üzrə fəaliyyətlərə əsaslanır.

Şəxslərdən fərdi məlumatların əldə edilməsi yolu ilə aparılan siyahıyaalmalar, müxtəlif ölkələrdə, heç də bütün hallarda vahid nümunə əsasında həyata keçirilmir. Lakin nəzərə almaq lazımdır ki, bu tədbirin ümumi xarakter daşıyan bəzi əsas elementləri vardır. Bunu nəzərə alaraq siyahıyaalmanın aparılmasını xronoloji baxımdan aşağıdakı mərhələlərə bölmək olar:

• maraqlı tərəflərin səfərbər edilməsi;

• hazırlıq işlərinin görülməsi (o cümlədən normativ və metodoloji bazanın yaradılması, sınaq işlərinin aparılması və sair);

• uçotun aparılması;

• məlumatların emalı;

• yayımdan əvvəl məlumatların keyfiyyətliliyinin təmin edilməsi;

• nəticələrin yayılması;

• məlumatların əhatəliliyinin və keyfiyyətliliyinin qiymətləndirilməsi;

• nəticələrin təhlili.

Yuxarıda sadalanan bütün mərhələlərdə məlumatların aktuallığı, dəqiqliyi, operativliyi, əlçatanlığı, izahlılığı və ziddiyyətsizliyi kimi bütün keyfiyyət aspektlərinin nəzərə alınmasını və qarşıya qoyulmuş məqsədə nail olunması üçün ən optimal variantın seçilməsini təmin edən strategiya tətbiq edilməlidir.

Çar Rusiyası dövründə Azərbaycan əhalisinin demoqrafik vəziyyəti haqqında məlumatların əldə edilməsi ilk dəfə 1897-ci il Birinci Ümumrusiya siyahıyaalmasının keçirilməsi ilə mümkün olmuşdur. SSRİ dövründə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmaları 1926, 1939, 1959, 1970, 1979, 1989-cu illərdə, müstəqillik dövründə isə 1999-cu və 2009-cu illərdə keçirilib.

Ölkənin hər bir sakini haqqında tam və dolğun məlumat yalnız ümumi siyahıyaalma keçirməklə əldə edilir. Bir çox ölkələrdə qəbul edilmiş məlumatların məxfiliyinin qorunması və vətəndaşların siyahıyaalmada fəal iştirakının təmin edilməsi dövlətin məsuliyyətini aydın şəkildə tənzimləyən Konstitusiyada və ya müvafiq qanunlarda öz əksini tapıb. Əhalinin siyahıyaalınması zərurəti bir də onunla əlaqədardır ki, ölkə üzrə iqtisadi təhlil, proqnozlaşdırma və planlaşdırma üçün şəhərlərin, rayonların, kənd və qəsəbələrin, bütövlükdə ölkənin əhalisi haqqında ayrı-ayrı deyil, müxtəlif əlamətləri birləşdirən məlumatların əldə edilməsinə yardım edir.

Əhalinin sonuncu siyahıyaalınmasının nəticələri əvvəlki dövrlərdə olduğu kimi dövlətin sosial-iqtisadi siyasətinin tənzimlənməsi üçün, prioritet milli layihələrin inkişafının əsaslandırılması da daxil olmaqla, demoqrafik vəziyyətin qiymətləndirilməsi və bütün səviyyələrdə dövlət büdcəsinin müəyyən edilməsində son dərəcə vacib mərhələdir. Əvvəlki illərdə keçirilmiş və gələcəkdə keçirilməsi nəzərdə tutulan əhali siyahıyaalınmalarının məlumatlarının müqayisəsi sosial və iqtisadi sahələrdə daha çox tədbirlərin görülməsi üçün əsas olacaq. Beləliklə, siyahıyaalma əhali haqqında məlumatların əsas və əvəzolunmaz mənbəyidir. Qarşıdakı siyahıyaalma müstəqil Azərbaycan Respublikasının tarixində üçüncü əhali siyahıyaalınması kimi qeyd olunacaq.

2019-cu ildə əhalinin siyahıyaalınması milli səviyyədə demoqrafik və sosial-iqtisadi inkişafa dair proqnozların hazırlanması ilə yanaşı beynəlxalq tövsiyələr və milli prioritetlər əsasında Azərbaycan Respublikasında əhalinin son siyahıyaalınmasından ötən 10 ildə əhali haqqında dəqiq və müfəssəl məlumatların əldə edilməsi, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn hədəflərin qiymətləndirilməsinə imkan yaradacaq.

Əhalinin siyahıyaalınmasının keçirilməsi ölkə üzrə əhalinin sayı, yerləşməsi, milli (etnik) mənsubiyyəti, cins və yaş tərkibi, ailə vəziyyəti, təhsil səviyyəsi, ana dili və sərbəst danışdığı digər dillər üzrə bölgüsü, gəlir mənbələri, iqtisadi fəallığı, məşğulluğu, əlilliyi, əhalinin ölkədaxili və ölkələrarası hərəkətinin (miqrasiyanın) səbəbləri, iqtisadiyyatın sahələri və məşğulluq statusuna görə bölgüsü, ev təsərrüfatlarının sayı və tərkibi, mənzil şəraiti və sair haqqında məlumatların əldə edilməsinə imkan verəcək.

Əvvəlki siyahıyaalmalardan fərqli olaraq sorğu vərəqəsinə ilk dəfə olaraq daxil edilmiş əlilliyə dair suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə və məşğulluğuna, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların əldə edilməsinə şərait yaradacaq.

Əhalinin siyahıyaalınması müəyyən bir zaman kəsiyində ölkədə əhalinin faktiki vəziyyətini görməyə, baş verən dəyişiklikləri təhlil etməyə və proqnoz verməyə imkan yaradır. Əhalinin siyahıyaalınmasının əhəmiyyəti əhalinin, hətta kiçik bir məskunlaşma yerində olsa belə, həyat fəaliyyətini hərtərəfli xarakterizə edən kompleks göstəriciləri əldə etməyə imkan verir. Məsələn, yalnız siyahıyaalma məlumatlarına əsasən əhalinin təhsil səviyyəsinə, yaşayış üçün əsas gəlir mənbəyinə dair məlumatları əldə etmək olar. Ayrılıqda şəhər və qəsəbələr, bütövlükdə ölkə üzrə ailələrin sayını, onların tərkibini, yaşayış üçün gəlir mənbələrini və ev təsərrüfatlarının mənzil şəraitini öyrənmək mümkündür. Əhalinin siyahıyaalınmasının dəyəri, siyahıyaalmanın yekunları əsasında əldə olunacaq dolğun və müfəssəl məlumatlarla müəyyən edilir. Əhalinin siyahıyaalınmasının nəticələri, əhali sayının cari hesablanmasında əldə edilə bilməyən demoqrafik hadisələri əks etdirir. Buna qeydə alınmayan nikahlar da daxildir. Qeyri-rəsmi nikahda olanlar haqqında məlumatların əldə edilməsi yalnız siyahıyaalınmada mümkündür.

Azərbaycanda çoxlu sayda millətlərin nümayəndələri yaşayır. Siyahıyaalma əhalinin milli tərkibinə dair, habelə əhalinin həyatının müxtəlif aspektlərini, onların məskunlaşmasını, məşğulluğunu və ölkəmizdə yaşayan xalqlar arasında qarşılıqlı prosesləri təhlil etmək üçün geniş materialdır. Hazırda əhalinin siyahıyaalınması əhalinin milli (etnik) tərkibi və dil bilikləri haqqında məlumatların yeganə mənbəyidir. Bu haqda cari statistikada məlumat yoxdur. Siyahıyaalmanın əhəmiyyəti yalnız müxtəlif demoqrafik və etnoqrafik məlumat əldə etmək imkanı ilə məhdudlaşmır. Əhalinin siyahıyaalınması üzrə məlumatlar ölkənin inkişaf perspektivlərini qiymətləndirmək, proqnozların formalaşdırılması və Azərbaycanın sosial-iqtisadi inkişafında gələcək strategiyaların hazırlanması üçün vacibdir. Əhalinin siyahıyaalınması zamanı əldə edilmiş məlumatlar dövlət orqanları tərəfindən büdcənin planlaşdırılması, uzunmüddətli layihələrin hazırlanması, sosial-iqtisadi siyasətin formalaşdırılması, məhsuldar qüvvələrin keyfiyyətinin və miqdarının dəqiqləşdirilməsi, istehlak bazarının öyrənilməsi üçün vacibdir.

Əhalinin siyahıyaalınması dövlət tədbiri olmaqla böyük əhəmiyyət kəsb edir. Əhalinin tərkibi, əmək ehtiyatları, elmi potensialı təhlil olmadan perspektiv inkişaf istiqamətləri proqramlarını həyata keçirmək mümkün deyil. Əhalinin siyahıyaalınması zamanı daxili və xarici miqrantlar haqqında da məlumat toplanılır. Miqrasiya haqqında məlumat - miqrasiya ilə bağlı insanların qərarlarına təsir göstərən amilləri və şəraiti anlamaq üçün hərəkət edən (köçən) insanların çoxölçülü portretini yaratmağa imkan verir.

Siyahıyaalınma regionlar, bölgələr üçün də vacibdir. Əhalinin siyahıyaalınmasının məlumatlarına biznes sahəsində də ehtiyac duyulur, belə ki, yalnız bir ölkə üçün, region, şəhər və digər bələdiyyələr üçün əmək resurslarının tam və dəqiq görünüşünü verən tam statistik məlumatlar əsasında biznes inkişaf edə bilər. Digər tərəfdən isə mövcud statistika potensial istehlakçıları tanımaq üçün kömək edəcək.

Əhalinin siyahıyaalınması cəmiyyət üçün vacibdir. Dünya təcrübəsi göstərir ki, hər bir dövlətin əhalisi siyahıyaalmanın nəticələrini maraqla öyrənir. İnsanlar öz ölkəsinin dünya ölkələri arasında hansı yerdə olduğu ilə maraqlanırlar. Cəmiyyət müəyyən bir müddət ərzində özünün daha zəngin və firavan yaşadığını, daha təhsilli və mədəniyyətli olub-olmadığını və ya inkişafına vaxt sərf edib-edilmədiyini anlamaq üçün öz portretini görmək istəyir. Əhali əvvəlki siyahıyaalınmalarla özünü və özündən əvvəl gələn nəsilləri müqayisə edir.

Nəhayət, əhalinin siyahıyaalınması hər kəsə lazımdır. Əhalinin siyahıyaalınmasına qatılan hər bir şəxs özü haqqında məlumat verir. Siyahıyaalınma məlumatları əmək bazarının öyrənilməsinə və ehtiyac duyulan yerlərdə yeni iş yerlərinin yaradılmasına, uşaqların sayı barədə məlumatlar yeni məktəblərin tikintisi planlarını yeniləməyə kömək edəcək. Habelə yaşlar üzrə məlumatlar əhalinin təqaüdə nə vaxt və hansı sayda çıxacağının öyrənilməsinə, pensiyanın ödənilməsində zəruri məbləğin ehtiyat edilməsi üçün proqnozların aparılmasına imkan yaradacaq. Beləliklə, həyatın bütün sahələrində siyahıyaalınmanın məlumatlarına ehtiyac var.

Siyahıyaalmanın yekunları əsasında əldə edilən məlumatlar ölkənin sosial və iqtisadi vəziyyətinin xüsusiyyətlərinin perspektiv hesablamaları üçün əsas kimi xidmət edir. Bundan əlavə, sosial standartlar formalaşır, məsələn, hər 1000 nəfər uşaq üçün neçə uşaq bağçasına və məktəbə və hər 1000 nəfər əhali üçün neçə poliklinika və tibb məntəqəsinə ehtiyac var və sair.

Ümumiyyətlə əhalinin siyahıyaalınmasının məlumatları ölkədə məşğulluq siyasətinin aparılmasında, miqrasiya proseslərinin vəziyyətinin öyrənilməsində, həmçinin bir sıra funksiyaların yerinə yetirilməsində, eləcə də elmin inkişafına dəstəyin müəyyənləşdirilməsində mühüm rol oynayır. Başqa sözlə, siyahıyaalma yalnız statistik xülasə deyil, eyni zamanda, iqtisadi və sosial proqnozlaşdırma alətidir. Nəhayət, əhalinin siyahıyaalınması ölkənin salnaməsidir. Onun nəticələri yalnız indiki nəslə deyil, həm də gələcək nəsillərə ünvanlanır. Bu məlumatlar əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıran yaşayış, tikinti, səhiyyə, təhsil, kənd təsərrüfatı sahəsində prioritet milli layihələrin həyata keçirilməsinə təsir göstərəcək. Siyahıyaalmalararası dövrdə əhalinin sayı və tərkibində baş verən dəyişikliklərin dinamikasını izləmək üçün demoqrafik hadisələrin cari qeydiyyatının məlumatlarından istifadə edilir.

Respublikamızda demoqrafik hadisələrin cari qeydiyyatı həmin hadisələrin hüquqi qeydiyyatına əsaslanır. Doğum, ölüm, nikah və boşanma hadisələri Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən hüquqi rəsmiləşdirilir. Yaşayış yerinin dəyişməsi halları isə şəxslər yaşayış yerində qeydiyyata alınarkən və qeydiyyatdan çıxarkən rəsmiləşdirilir. Bu məlumatlardan əhalinin sayının cari hesablanması zamanı istifadə edilir. Əhalinin sayının cari hesablanması əhalinin son siyahıyaalmasının yekunları əsasında aparılır və hər il bu ərazidə doğulanların və daimi yaşamaq üçün gələnlərin sayı əhalinin sayına əlavə edilir, ölənlərin və bu ərazidən köçənlərin sayı isə əhalinin sayından çıxılır. Növbəti siyahıyaalmanın yekunlarına əsasən əvvəlki siyahıyaalınmadan sonrakı dövrdə əhalinin sayı və tərkibi üzrə müvafiq dəqiqləşdirmələr aparılır.

Əhali yaşayış yerlərinə görə şəhər və kənd əhalisinə bölünür. Şəhər yerlərinə şəhərlər və qəsəbələr aid edilir, qalan bütün yaşayış məntəqələri isə kənd yerləri hesab edilir. Cari hesablama nəticəsində alınan nəticələr qaçılmaz xətalar səbəbindən reallığı tam əks etdirmir və real vəziyyətdən bir qədər fərqlənir. Təbiidir ki, əhalinin sonuncu siyahıyaalınmasından keçən müddət artdıqca xətaların sayı da çox olur. Qeyd olunan xətaları nəzərə alaraq hər bir dövlət tərəfindən siyahıyaalınmalararası dövrün bütün illər üzrə əhalinin sayının dəyişməsi templərinin proporsional olaraq yenidən bölüşdürülməsi məqsədilə yenidənqiymətləndirilmə həyata keçirilir.

Cari ildəki əhalinin siyahıyaalınmasının yekunlarına əsasən, Azərbaycan Respublikasında da siyahıyaalmalararası dövrlər üzrə (2009-2019-cu illər) əhalinin təbii və mexaniki hərəkətinə dair müvafiq göstəricilərin yenidən qiymətləndirilməsi həyata keçiriləcək. Hər bir dövlət üçün siyahıyaalmanın yekun məlumatlarının etibarlılığı, əhalinin cari statistikasının məlumatlarının tamlığı, əhali sayının təhlil olunan illər üzrə dəyişməsinə səbəb olan bütün komponentlərin əhatəliliyi və təsir dərəcəsindən asılı olaraq siyahıyaalınmalararası dövrlərdə yenidənqiymətləndirmənin aparılması fərqlidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar?

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb

İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq

Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”

“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi işğaldan azad edilmiş ərazilərin inkişafına mühüm töhfə verəcək – RƏY

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Məqsəd 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır

BŞTİ məktəb direktorları və bağça müdirləri üçün təlim təşkil edib

Su infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir

Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir

Coğrafiyaşünas-alim: El Nino hava fenomeni Xəzər dənizinin səviyyəsinə təsirsiz ötüşməyəcək

Fridrix Merts: Almaniya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırdır

AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

Haiti Futbol Federasiyası FIFA-nın tələbi ilə oyun formalarını dəyişdirməyə razı olub

Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib

Sadiq Qurbanov: Azərbaycan kənd təsərrüfatına yararlı torpaq fonduna görə bir çox Avropa ölkəsini üstələyir

Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub

Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Fermerlərə əlavə subsidiyaların verilməsi nəzərdə tutulur

Paytaxtda fəaliyyət göstərən təhsil mərkəzlərinin rəhbərləri AzTU-da olublar

Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər

Jerald Darmanənin təqdim etdiyi cinayət ədaləti islahatı ilə bağlı qanun layihəsi rədd edilib

İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir

Rəşad Hüseynov: Bitkiçilik sahəsində inkişaf heyvandarlığa nisbətən üstünlük təşkil edir

Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir

Rusiya Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub

Azərbaycanın xarici siyasəti balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan praqmatik yanaşma ilə xarakterizə olunur - ŞƏRH

Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib

Tarix Muzeyində mədəniyyətlərarası səyahət: uşaqlar Meksika və Azərbaycanı necə tanıdılar?

“Reuters”: ABŞ ilə İran arasında dondurulmuş vəsaitlər üstündə mübahisə gedir

Komitə sədri: 2026-2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin inkişafı üçün aydın yol xəritəsidir

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahdan

Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq

Azərbaycan və İran arasında yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb

Balıqçılıq və akvakultura sahəsində qüvvədə olan qanunvericiliyin yenilənməsi planlaşdırılır

Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?

Fransada magistral avtomobil yollarına nəzarət üçün dronlar sınaqdan keçirilir

“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur

Məcnun Məmmədov: Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahədir

Hamza Hamzaoğlu: Türkiyə millisinin yarımfinala yüksəlməsi çempionluq qədər dəyərli olar – EKSKLÜZİV

Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan

“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir

Çin sınaq peykini kosmosa göndərib

Nəsimi rayonunda ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb

Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir

Muxtar respublikada 226 milyon 57 min manatlıq sənaye məhsulu istehsal edilib

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı kimyəvi mübarizə tədbirləri aparılıb

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb

Böyük Britaniyada hər gün 3000-ə yaxın xəstənin xidmət üçün uyğun olmayan yerlərdə müalicə aldığı açıqlanıb

Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək

Azərbaycanda Amerika Ticarət Palatası “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib

Bu ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 3 min 766 fakt aşkar edilib

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində baş verən qəzada 22 pakistanlı hərbçi həlak olub

Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub

BDYPİ: Texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələri yollarda ciddi risk yaradır

Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb

Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib

Yunanıstan səfiri “ASAN xidmət”də

Azərbaycanın beynəlxalq enerji bazarlarında strateji rolu daha da güclənib MÜSAHİBƏ

Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb