Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dəniz məhsullarının faydası

Dəniz məhsullarının faydası

Bakı, 24 fevral, AZƏRTAC

Dəniz məhsulları insan orqanizmi üçün əvəzolunmaz qida mənbəyidir. Təsnifata görə "dəniz məhsulları" termini yalnız suda yaşayan onurğalı heyvanlar və balıqları əhatə etmir. Həmin kateqoriyalı məhsullara dəniz və okean sularında yaşayan və qida üçün yararlı olan onurğasız heyvanlar (kalmar, krab, krevetka, kukumariya, midiya, lanqust, omar, dəniz kirpisi, dəniz daraqlısı, osminoq, trepanq, istiridyə və s.), habelə yosunlar (nori, laminariya, spirulina, dəniz salatı və s.) daxildir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi Kəmalə Əliyevanın hazırladığı məqalədə bəhs olunur.

Asiya ölkələrində yaşayan insanların qida rasionunda geniş yer alan, okeanların və dənizlərin dərinliklərində yaşayan çoxlu dəniz məhsulu növləri mövcuddur. Həmin məhsulları “suların insanlara hədiyyəsi” də adlandırmaq olar.

Dəniz məhsullarının tərkibi əsasən minerallar və bir sıra bioloji aktiv maddələrlə zəngindir. Onların tərkibində olan sadə zülallar və karbohidratlar asan həzməgedicilik xüsusiyyətinə malikdir. Heyvan mənşəli dəniz məhsullarının tərkibində olan yağlar əvəzolunmaz doymamış yağ turşuları ilə zəngindir. Bu yağ turşularına digər qida növlərində çox vaxt rast gəlinmir. Dəniz məhsullarının tərkibi B qrupu vitaminləri ilə yanaşı, yağda həll olunan A, D və K vitaminləri ilə də zəngindir. Onların tərkibində olan D vitamini kalsiumun mənimsənilməsində və sümüklərin inkişafında böyük rol oynayır. Qeyd edək ki, digər qida məhsulları ilə müqayisədə dəniz məhsulları D vitamininin zəngin mənbəyi hesab olunur. Tərkibində kalsium, maqnezium, natrium, kalium, fosfor, dəmir və mis kimi makroelementlərin, eləcə də yod, kükürd, nikel, xrom, kobalt, sink və selen kimi mikroelementlərin çox olması dəniz məhsullarının spesifik qida növü kimi əhəmiyyətini daha da artırır.

Dəniz məhsullarının enerji dəyəri onların tərkibində mövcud olan qida maddələrinin miqdarından və nisbətindən asılı olaraq dəyişir. Orta hesabla 100 qram dəniz məhsulunun tərkibində 80-100 kkal enerji olur. Dəniz məhsullarının tərkibində mövcud olan qida maddələrinin balanslı şəkildə olması onları unikal qida növü kimi səciyyələndirir. Həmin məhsulların istehlakı ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, immunomodulyator təsiri nəticəsində immun sistemini möhkəmləndirir və orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır, dərinin və gözün funksional vəziyyətini yaxşılaşdırır, sümüklərin inkişafına müsbət təsir göstərir. Bundan başqa qanda xolesterinin səviyyəsini azaltmaqla damarların elastikliyini bərpa edir, orqanizmdə daxili sekresiya vəzilərinin fəaliyyətini və hormonal fonu tənzimləyir, həzmi normallaşdırır, qan əmələgəlmə prosesini stimullaşdırmaqla anemiyanın qarşısını alır və s.

Dəniz məhsulları (xüsusilə dəniz yosunları) ilə qidalanmaq insanlarda dermatit, ekzema və seboreya kimi dəri xəstəliklərinin sağalmasına kömək edir. Onların tərkibində olan bioloji sink dəri hüceyrələrinin bərpasında mühüm rol oynayır. Regenerasiyaedici xüsusiyyətə malik olduğundan onlardan kosmetoloji vasitələrin hazırlanmasında da geniş istifadə edilir.

Artıq çəki ilə mübarizədə dəniz məhsulları pəhriz üçün effektiv qida növüdür. Dəniz məhsullarının müntəzəm istifadəsi xərçəng xəstəliyinin yaranma riskini azaldır, zehni inkişafın möhkəmlənməsinə müsbət təsir göstərir. Müxtəlif ölkələrin xalq təbabətində depressiya ilə mübarizədə bitki mənşəli dəniz məhsullarının istifadəsi tövsiyə olunur.

Unikal biokimyəvi tərkibə malik olan dəniz məhsulları ekoloji cəhətdən təhlükəli bölgələrdə və meqapolislərdə yaşayan insanlar üçün olduqca faydalı qida növü hesab edilir.

Beləliklə, insanların qida rasionunun aztapılan, qiymətli və zəruri komponentlərlə zənginləşməsində dəniz məhsullarının rolu böyükdür. Həmin məhsullardan daha çox faydalanmaq üçün onların istehsalı, emalı və tədarükü qida təhlükəsizliyi tələbləri çərçivəsində həyata keçirilməli, istehlakı dövründə sanitar-gigiyenik qaydalara riayət olunmalıdır.

 

 

 

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub