Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Azərbaycan Avropa qitəsi üçün vacib, əvəzolunmaz və etibarlı aktora çevrilməkdədir

Deputat: Azərbaycan Avropa qitəsi üçün vacib, əvəzolunmaz və etibarlı aktora çevrilməkdədir

Bakı, 4 oktyabr, AZƏRTAC

İtaliya və Bolqarıstan Azərbaycanın Avropa İttifaqına(Aİ) açılan qapısıdır. Bu iki ölkə ilə əlaqələrin yüksək səviyyədə olması ölkəmizin Avropa qitəsinə inteqrasiyasını sürətləndirir. Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri məhsuldar və əhəmiyyətli, gündəliyi isə çox zəngin olub. Səfərin gündəliyi həm iki ölkə, həm də Avropa İttifaqı ilə münasibətlərin yeni müstəviyə çıxarılması baxımdan çox əhəmiyyətlidir. Dövlətimizin başçısının Bolqarıstana səfəri çərçivəsində Avropa Komissiyasının Prezidenti, Yunanıstanın, Rumıniyanın Baş nazirləri ilə bir daha görüşmək imkanı yarandı və bu gün regionumuzda sülhün təmin olunması üçün mühüm məsələlər müzakirə edildi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O qeyd edib ki, Azərbaycan enerji resurslarının ixracının şaxələndirilməsi siyasəti bu gün Aİ üçün enerji təhlükəsizliyinin təmin edilməsində hava və su qədər vacib amilə çevrilib. Baş vermiş hadisələr fonunda Avropa İttifaqının 150 milyard kubmetr Rusiya qazından məhrum olduğu bir vəziyyətdə Azərbaycan 2,6 trilyon təsdiq olunmuş qaz ehtiyatları ilə Avropanın enerji bazarında yeni və alternativsiz mənbəyə çevrilib. Prezident İlham Əliyevin müəllifi olduğu Cənubi Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP və TAP layihələri Avropanın ümid yeridir. Bu gün müzakirə olunan mövzular arasında aktuallığı ilə seçilən məsələlərdən biri də perspektivdə TANAP-ın buraxılma gücünü 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın ötürücülük qabiliyyətini isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması ilə bağlıdır. Oktyabrın 1-də açılışı olmuş Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru bu iki ölkənin boru xətlərini birləşdirməklə yanaşı, Mərkəzi, Şərqi və Cənubi Avropa ölkələrinə qədər uzanacaq. Bu Qaz İnterkonnektorunun buraxılma gücünü ilkin mərhələdə 3 milyard, perspektivdə isə 5 milyard kubmetrə çatdırmaq mümkün olacaq. Bolqarıstanın illik 3,5 milyard kubmetr qaz istehlakının 1 milyard kubmetri Azərbaycandan idxal olunmağa başlayıb. Bolqarıstana qonşu daha 3 ölkə - Macarıstan, Ruminiya və Slovakiya da Azərbaycan təbii qazını almaq istədiklərini bildirib və bu istiqamətdə müzakirələr aparılıb. Beləliklə, Azərbaycan Avropa qitəsi üçün vacib, əvəzolunmaz və etibarlı aktora çevrilməkdədir.

“Azərbaycan-Bolqarıstan münasibətləri qarşılıqlı hörmət və etimad əsasında formalaşaraq strateji tərəfdaşlıq münasibətlərinə yüksəlib. Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya səfəri çərçivəsində ölkələrimiz arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə çox yüksək səviyyədə icra olunur. Bu gün ölkələrimiz arası əməkdaşlığımız siyasi, iqtisadi, mədəni, humanitar sahələri əhatə etməklə çoxşaxəli inkişaf edir. Bolqarıstanın Prezidenti Rumen Radevin qeyd etdiyi kimi, Azərbaycan etibarlı strateji tərəfdaşdır, dostdur. Ümumiyyətlə, Azərbaycan etibarlı tərəfdaş olması ilə bağlı dünyada imic qazanıb. Çünki “Əsrin müqaviləsi”nin imzalanmasından başlayaraq müstəqillik illərimizdə ölkəmiz imza atdığı bütün sənədlərin icrasına sadiq qalıb, razılaşmalarda hətta bir vergül dəyişikliyi də edilməyib. Bu baxımdan, dünya ölkələri Azərbaycanı öz imzasına sadiq ölkə və etibarlı tərəfdaş adlandırırlar”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

A.Badamov bildirib ki, Azərbaycan Avropa, o cümlədən Bolqarıstanla təkcə neft-qaz sahəsindəki əməkdaşlıqla kifayətlənmək fikrində deyil. Həm də ölkəmiz Avropaya elektrik enerjisi və qeyri-neft məhsullarını da çıxartmaq niyyətindədir. Prezident İlham Əliyevin Sofiyada bolqarıstanlı iş adamları ilə görüşməsi və ölkəmizin investisiya mühiti ilə bağlı məlumatlandırması, gələcəkdə bolqarıstanlı biznes strukturlarının Azərbaycana sərmayə qoyulmasına və müştərək müəssisələrin yaradılmasına yeni təkan verəcək.

“Ölkəmizin Bolqarıstanla ticarət dövriyyəsi sürətlə artır. Belə ki, dövriyyə 2021-ci ildə 73,6 milyon dollar olduğu halda, cari ilin sonunda bu rəqəm artaraq 80 milyon dolları keçib. Prezident İlham Əliyevin səfəri çərçivəsində Bolqarıstanın Prezidenti və Baş naziri ilə ölkələrimiz arasında iqtisadi-ticari, kənd təsərrüfat, İKT, mədəni, peyk, pilotsuz uçan aparatlar, turizm və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni potensialların realizə edilməsi haqqında məsələlər də müzakirə olunub. Müzakirə olunan məsələlərdən biri də nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsidir. Son illər ölkəmizdə yenidən qurulmuş avtomobil və dəmir yolları, Beynəlxalq Ticarət Limanı Azərbaycanın tranzit imkanlarını genişləndirib. Belə ki, cari ildə ölkəmizin üzərindən daşınan tranzit yüklərinin həcmi 50 faiz çoxalıb. Bu gün müzakirə olunan Orta Dəhliz və onun tərkib hissəsi olan Zəngəzur dəhlizi qitələrarası daşımaların həyata keçirilməsi üçün ən səmərəli layihə olaraq dəyərləndirir. Zəngəzur dəhlizinin açılması Avropaya daşımaların təhlükəsizliyini təmin etməklə yanaşı, yeni beynəlxalq enerji layihələrinin icrasını da mümkün edəcək. Qeyd etmək olar ki, Zəngəzur dəhlizi üzərindən Avropanı daha böyük təbii qazla təmin etmək gücündə olan Cənub Qaz Dəhlizinə paralel yeni ixrac marşrutu yaratmaq və buna Xəzər hövzəsindəki qaz istehsalçılarını da cəlb etmək mümkündür. İnanırıq ki, bu layihə perspektivdə Avropa üçün çox vacib məsələyə çevriləcək”, - deyən deputat əlavə edib ki, Azərbaycanın Avropa İttifaqının iqtisadiyyatında rolu gündən-günə artır. Bu da ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə və inkişafına yeni üfüqlər açır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir