Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Dərsliklərin elmi-metodiki monitorinqi aparılmışdır

Bakı, 19 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 aprel tarixli Fərmanına əsasən, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) həvalə olunmuşdur.

Fərmanın icrası ilə əlaqədar olaraq TQDK tərəfindən yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış I-V sinif, həmçinin hələlik qüvvədə olan tədris proqramları əsasında hazırlanmış və istifadədə olan yuxarı sinif dərsliklərinin elmi-metodiki monitorinqi aparılmışdır.

TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, bununla bağlı görülmüş işlər bir neçə mərhələni əhatə etmişdir. Birinci mərhələ dərslik müəllifi olmayan mütəxəssislərin sırasından ekspertlərin hazırlanmasıdır.

Pedaqoji ictimaiyyətin nümayəndələrindən dərsliklərə dair informasiyanın toplanması məqsədi ilə TQDK-nın saytında xüsusi [email protected] ünvan yaradılmış və pedaqoji ictimaiyyətdən irad və təkliflərinin bu ünvana göndərilməsi xahiş olunmuşdur. Hazırda bu ünvana I-XI sinif dərslikləri barədə 10 minə yaxın qeyd və təklif daxil olmuşdur. Eyni zamanda, müvafiq fənn müəllimlərinin elmi-metodik seminarları təşkil olunmuş, seminarlarda Bakı və Sumqayıtdan olan müəllimlər, mütəxəssislər, metodistlərlə yanaşı, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba və Ağcabədi regional bölmələri ilə yaradılan videobağlantı əsasında bölgələrin, Biləsuvar rayonundan “Skype” vasitəsilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına liseyin müəllimləri, metodistləri iştirak edərək qeyd və təkliflərini bildirmişlər.

Dərslik müəllifi olmayan ekspertlər tərəfindən dərsliklərin ilkin ekspertizasının keçirilməsi monitorinqin üçüncü mərhələsidir. Dördüncü mərhələ özündən əvvəlki iki mərhələnin nəticələrinin, o cümlədən ictimaiyyətin və ekspertlərin rəylərinin müqayisəsidir.

Monitorinqin beşinci mərhələsində müqayisəli təhlilin nəticələri ümumi açıq müzakirəyə çıxarılmışdır. İnternetdə canlı yayımlanan bu müzakirələrdə dərslik müəllifləri, Təhsil Nazirliyinin müvafiq sahə üzrə nümayəndələri, Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) sədri, ekspertləri, Təhsil Problemləri İnstitutu və Kurikulum Mərkəzinin mütəxəssisləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun müəllimləri iştirak etmişlər.

Monitorinqin altıncı mərhələsində ümumi müzakirələrdə səslənən fikir, irad və təkliflər nəzərə alınmaqla tərtib olunmuş rəylər dərslik müəlliflərinə təqdim olunmuş, onlar iradlarla razılaşıb-razılaşmadıqlarını bildirmişlər.

Dərslik müəlliflərinin cavabları monitorinqin yeddinci mərhələsində müstəqil ekspertlər tərəfindən təhlil edilmişdir.

Müstəqil ekspertizada AMEA-nın nümayəndələri, ali təhsil müəssisələrinin metodika kafedralarının mütəxəssisləri, ümumtəhsil müəssisələrinin müəllimləri, yaş psixologiyası üzrə ixtisaslaşan psixoloqlar iştirak etmişlər.

Beləliklə, görülmüş işlərin nəticəsində hazırlanmış yekun rəylər müəlliflərə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilməklə yanaşı, www.tqdk.gov.az saytında da yerləşdirilmişdir.

Dərsliklərin, dərs və digər tədris vasitələrinin elmi-metodik monitorinqinin təşkili üçün AMEA-nın müvafiq şöbəsinin əməkdaşları 2012-ci il oktyabrın 30-31-də Qazaxıstanın paytaxtı Astanada, cari il fevralın 19-dan 23-dək Rusiya Federasiyasının paytaxtı Moskvada, martın 28 –dən aprelin 1-dək isə yenə də Astanada beynəlxalq müşavirələrdə iştirak etmişlər. Bu müşavirələrdə ABŞ, Türkiyə, Böyük Britaniya, Fransa, Macarıstan, Rumıniya, Avstriya, Fransa, Polşa və Ukraynadan nümayəndələr iştirak etmişlər. Həmin dövlətlərin bu sahədəki təcrübələri öyrənilmişdir.

Dərsliklər yeni təhsil proqramları (kurikulum) əsasında hazırlandığından, bu işdə təcrübənin azlığının, hələ kurikulumu tam mənimsəmiş müəllif korpusu və dərslikləri qiymətləndirən yetkin ekspertlərin formalaşdırılmasının zamana və bu sahədə ciddi addımların atılmasına ehtiyac vardır. Eyni zamanda, dərsliklərin istifadəsi 4 il üçün nəzərdə tutulduğundan onların müddətinin bitməsi, monitorinqi nəticəsində hazırlanmış yekun rəylərdəki irad və təkliflərin nəzərə alınması üçün də müəyyən vaxt lazımdır.

Odur ki, yeni dərsliklər çap edilənədək yaranmış vəziyyətdən mümkün çıxış yollarından biri kimi Təhsil Nazirliyi ilə birgə dərsliklərdəki düzəlişlərin izahına həsr edilmiş elektron “Dərslik portalı”nın yaradılması təklif edilir. Həmin portalda TQDK tərəfindən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin aparılmış elmi-metodik monitorinqi nəticəsində hazırlanmış yekun rəylərin yerləşdirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçərək portalda yerləşdirilmiş rəylərlə bağlı sorğulara Təhsil Nazirliyi tərəfindən dərslik müəlliflərinin, TQDK tərəfindən isə monitorinqdə iştirak etmiş ekspertlərin mütəmadi olaraq lazımi izahatlar verməsi məqsədəmüvafiq hesab edilir.

Həmçinin tədris prosesində yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış və ilk dəfə nəşr olunmuş dərslik və dərs vəsaitlərinin bölmələri, fəsilləri üzrə materiallar keçildikcə onlara dair qeyd və təkliflər portalda hissə-hissə yerləşdiriləcəkdir. Müvafiq materiallara dair portala təkliflər daxil olarsa həmin fikirlərin mütəmadi olaraq açıq müzakirələrə çıxarılması, müzakirələrin internetdə canlı yayımlanması, bu barədə portalda məlumat verilməsi və fənn müəllimləri ilə əks-əlaqə yaradılması da nəzərdə tutulur.

“Dərslik portalı”nın istifadəçiləri qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsinin seriyası və PİN kodunu müvafiq sahələrə daxil etməlidirlər.

İstifadəçinin sistemə daxil etdiyi məlumatların təsdiqi, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçiriləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO