DİLLƏR UNİVERSİTETİNDƏ ANMA MƏRASİMİ
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycan Dillər Universitetində Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxışında demişdir ki, XX əsr bir çox qanlı hadisələrin, soyqırımı və etnik təmizləmələrin şahidi olmuşdur. Xocalı qırğını həmin faciələrin ən dəhşətlisindən biridir. Yüzlərlə dinc, əliyalın sakin - qoca, uşaq və qadınların ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqına, ümumən insanlığa qarşı törədilmiş ən qəddar cinayətdir.
Çıxış edənlər erməni təcavüzkarları və onların havadarlarının vəhşiliklərini bir daha xatırlatmış, bu qanlı faciənin heç vaxt unudulmayacağını vurğulamışlar. Eyni zamanda, əminliklə bildirmişlər ki, xalqımızın haqq işi qalib gələcək, ölkəmizin ərazi bütövlüyü təmin olunacaqdır.
Sonra ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]