DİN: Axtarışda olan 106 nəfər saxlanılıb
Bakı, 14 iyun AZƏRTAC
İyunun 13-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 106, o cümlədən borclu şəxs qismində axtarışda olan 86 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib: 4 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 16.11.2026 [11:55]
Aqrar sektorda süni zəka və yeni texnologiyalar məşğulluğu artıracaq VİDEO
- 16.11.2026 [11:34]
Azad edilmiş ərazilərdə daha 1459,5 hektar sahə minalardan təmizlənib
- 16.11.2026 [11:22]