REGİONLAR
Doğulan hər baş cinsi yaxşılaşdırılan buzova görə dövlət tərəfindən subsidiya verilməsi bu sahəyə marağı artırıb
Ağsu, 31 yanvar, AZƏRTAC
Heyvandarlıq Ağsu rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Fermerlər, eləcə də fiziki şəxslər mal-qaranın cins tərkibinin dəyişdirilməsinə və daha məhsuldar heyvanlarla əvəz edilməsinə xüsusi önəm verirlər. Doğulan hər baş cinsi yaxşılaşdırılan buzova görə dövlət tərəfindən 100 manat subsidiyanın verilməsi bu sahəyə marağı daha da artırıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təkcə yola saldığımız 2018-ci ildə 1048 baş qaramal süni mayalandırılıb, 609 baş cinsi yaxşılaşdırılan buzov alınıb. Doğulan belə buzovların sayı inişilkindən 257 baş çoxdur. Təkcə bu ilin yanvar ayında 71 baş cinsi yaxşılaşdırılan buzov doğulub.
Qeyd edək ki, ötən il doğulan cinsi yaxşılaşdırılmış buzov sahiblərindən 312 nəfərinə 435 baş buzova görə 43 min 500 manat subsidiya verilib.