“DOMEN.COM” 25 İLLİK YUBİLEYİNİ QEYD EDİR
Bakı, 15 mart (AZƏRTAC). 25 il bundan əvvəl “.com” zonasında bu gün internetdə ən populyar olan ilk domen qeydiyyata alınmışdır. Beləliklə, ABŞ-ın “Symbolics” kompyuter avadanlığının firma-istehsalçısı özünəməxsus şəkildə tarixə daxil olmuşdur. Hazırda “Symbolics .com” domeni adı gizli saxlanılan firma tərəfindən satışa çıxarılmışdır.
1985-ci ildə internetin “kommersiya” zonasında cəmi 5 domen qeydə alınmış və “dotkomlar”ın sayının milyona çatması üçün 12 il lazım olmuşdur. Hazırda “.com” zonasında təxminən 80 milyon fəal sayt vardır. BBC-nin məlumatına görə, 90-cı illərin ortalarına qədər mütəxəssis olmayanlar internet barədə çox az məlumata malik idilər. Mütəxəssislər qlobal şəbəkənin həddən artıq məşhurlaşmasını “Netscape” firmasının hazırladığı ilk kütləvi “Mosaic” internet brauzerinin meydana çıxması ilə əlaqələndirirlər. Hazırda “.com” zonasında hər ay təxminən 668 min yeni domen adı qeydiyyatdan keçir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
İordaniyada “Telegram” tətbiqinin fəaliyyəti bloklanıb
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [11:58]