Dominikan Respublikasının Prezidenti Danilo Medinadan
Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və böyük xalqınızın tərəqqisi, rifahı üçün ən xoş arzularımı çatdırmaqdan şərəf hissi duyuram.
Hörmətlə,
Danilo Medina
Dominikan Respublikasının Prezidenti