DÜNYA
Donald Trampa məxsus sosial şəbəkənin proqramı “App Store” mağazasına çıxarılıb
Bakı, 22 fevral, AZƏRTAC
ABŞ-ın sabiq Prezidenti Donald Trampın “Truth Social” adlı yeni sosial şəbəkəsinin proqramı “App Store” mağazasına çıxarılıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bundan sonra “Truth Social” sosial şəbəkəsini “Apple” şirkətinin proqramlar mağazasında tapmaq olacaq.
“Bu həftə “App Store” mağazasında yerləşməyə başlayırıq. Bizim platformada daha çox istifadəçi olacaq”, - deyə “Trump Media & Technology Group” kompaniyasının rəhbəri, ABŞ-ın Respublikaçılar Partiyasının sabiq nümayəndəsi Devin Nunyes bildirib. Onun sözlərinə görə, mart ayının sonuna qədər platforma tam şəkildə işlə düşəcək.
“Truth Social” proqramının işə düşməsi sabiq Prezidentin sosial şəbəkəyə qayıtması anlamına gəlir. Xatırladaq ki, 2021-ci il yanvarın 6-da etirazçıların Kapitoli binasına hücumundan sonra zorakılığa təşviqedici mesajların dərc olunmasında ittiham edilən Donald Trampın tviter, feysbuk və yutub platformalarındakı hesablarına qadağa qoyulub.