İQTİSADİYYAT
Doqquz ayda “Şahdəniz” yatağından 12,2 milyard standart kubmetr qaz hasil edilib
Bakı, 5 noyabr, AZƏRTAC
Bu ilin doqquz ayı ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə 12,2 milyard standart kubmetr qaz və təqribən 2,6 milyon ton (21 milyon barrel) kondensat hasil edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin hesabatında bildirilir.
Ötən il iyul ayının sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edib.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyard) standart kubmetrdir.
Üçüncü rübdə “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]