İQTİSADİYYAT
Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Azərbaycan Texniki Universiteti arasında Razılaşma Protokolu imzalanıb
Bakı, 11 iyun, Elvin Camalov, AZƏRTAC
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq barədə Razılaşma Protokolu imzalanıb.
AZƏRTAC xəbər verir ki, protokolun imzalanması mərasimi iyunun 11-də XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistika 2018) sərgisi çərçivəsində keçirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) fəaliyyətinə dair "Avtomobil Nəqliyyatı - Yeni Tənzimləmə Konsepsiyası" mövzusunda keçirilən konfrans çərçivəsində keçirilib.
Protokolu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov ilə Azərbaycan Texniki Universitetinin prorektoru İlham Pirməmmədov imzalayıb. Protokolda bir sıra məsələlərdə birgə əməkdaşlıq, ixtisaslı kadrların hazırlanması nəzərdə tutulub.