Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ

DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 17-də təkbətək görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü oldu.

Prezident ALEKSANDR LUKAŞENKO qardaş Azərbaycanın dövlət nümayəndə heyətini Belarus torpağında bir daha salamlayaraq dedi ki, bu səfər dövlətlərimiz müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti başçısının Belarus Respublikasına ilk səfəridir. Bu gün bizim perspektiv istiqamətləri işğüzar şəraitdə müzakirə etməyə imkanımız var. Əminəm ki, yüksək səviyyədə dialoqun fəallaşdırılması Belarus-Azərbaycan münasibətlərinin genişlənməsinə təkan verəcəkdir. İki dövlətin dinamik inkişaf edən iqtisadiyyatları, böyük istehsal potensialı qarşılıqlı marağı şərtləndirir, geniş səpkili məsələlər üzrə daha fəal birgə iş aparmağı zərurətə çevirir.

Qeyd etmək xoşdur ki, son illər ölkələrimiz arasında əmtəə dövriyyəsi sürətlə artır. Bu, 2005-ci ildə təxminən 30 milyon dollar olmuş və 2004-cü ildəkinə nisbətən 85 faizdən çox artmışdır. Yaxşı dinamikadır, lakin bununla yanaşı, mütləq rəqəmlərlə götürdükdə əmtəə dövriyyəsi cüzidir. Halbuki bizim əmtəə dövriyyəmiz daha çox ola bilər. Əminəm ki, İlham Heydəroviçin Belarusa səfərindən sonra belə də olacaqdır.

Prezident Lukaşenko bildirdi ki, Belarusun Azərbaycana ixracı traktorlardan, yük avtomobillərindən, yol texnikasından, ağac emalı məhsulundan və bir çox digər məhsullardan ibarətdir. Azərbaycan isə ölkəmizə sənaye üçün böyük əhəmiyyəti olan pambıq lifi, tütün xammalı, habelə Belarusda istehsal edilməyən ərzaq məhsulları göndərir. Lakin biz əmtəə dövriyyəsini artırmaq, iki ölkənin təsərrüfat subyektləri arasında sabit əlaqələr yaratmaq, bu əlaqələrə uzunmüddətli xarakter vermək üçün heç də bütün imkanlardan istifadə etmirik. Yaxın vaxtlarda biz sənaye və energetika sahəsində iri müştərək layihələrin gerçəkləşdirilməsinə gəlib çıxmalıyıq.

Belarus Prezidenti vurğuladı ki, bizim münasibətlərimizdə qapalı mövzular yoxdur. Azərbaycana azacıq da olsa maraq göstərən nümayəndələrimizdən xahiş edərdim ki, oraya gedib, Azərbaycan tərəfinə əməkdaşlıq təklif etsinlər. Biz təkcə Azərbaycanda deyil, həmsərhəd ölkələrdə də öz bazarımızı tapacağıq. Azərbaycan rəhbərliyi bizi bu sahədə dəstəkləyəcəkdir. Üstəlik, Azərbaycan çox böyük maliyyə ehtiyatlarına malikdir və onları yolların, hava limanlarının tikintisinə, kənd təsərrüfatına, yeni müəssisələr yaradılmasına və köhnə müəssisələrin modernləşdirilməsinə yönəldir. Bizə Azərbaycanda tələbat ola bilər.

Mən hərbi-texniki əməkdaşlıq üzrə mütəxəssislərimizə təşəkkür etmək istəyirəm. Əgər hamı digər dövlətlərlə də işə bu cür yanaşsa, onda bizə həmişə tələbat olacaqdır. Azərbaycan Prezidenti texnikamıza şəxsən baxdı. Azərbaycana çox yüksək məsuliyyətlə və mədəniyyətlə getmək lazımdır ki, bizim haqqımızda yaxşı danışsınlar. İndi bu, biznesdə əsas şərtdir.

Prezident Lukaşenko daha sonra dedi ki, mən neft-qaz sahəsində ikitərəfli əməkdaşlığı çox perspektivli sanıram. Bu istiqamətdə niyyətimizi dəstəkləyən Azərbaycan Prezidentinə minnətdaram. Azərbaycanda iri neft və qaz yataqlarının, Belarusda isə müasir güclü neft-kimya kompleksinin olması elə bir təməldir ki, energetika sahəsində münasibətlərimiz onun əsasında qarşılıqlı surətdə faydalı şəkildə inkişaf edə bilər. Biz neftin, o cümlədən Xəzər neftinin ərazimizlə nəqlinin həcminin artırılmasında maraqlıyıq. Əgər bu, Azərbaycana lazım və faydalı olarsa, Xəzər neftinin Baltikyanı regiona və Polşaya tranziti üçün özümüzün bütün boru kəməri nəqliyyatının infrastrukturunu təqdim etməyə hazırıq. Bizim neft və qaz yataqlarının işlənilməsində müştərək layihələrin həyata keçirilməsi üçün də imkanımız var. Biz belə prinsipial dəstəyi alacağıq.

Müasir şəraitdə kooperasiyanın genişləndirilməsi və dövlətlərimizin malik olduğu potensial əsasında müştərək müəssisələr yaradılması əhəmiyyətlidir. Azərbaycan tərəfi Belarus traktorlarının, digər kənd təsərrüfatı texnikasının yığılması üçün müəssisə yaradılmasında çox maraqlıdır. Bu, Azərbaycana kənd təsərrüfatının inkişafı üçün çox gərəkdir. Buna görə də onu bu sahədə dəstəkləmək lazımdır. Üstəlik, biz nəinki Azərbaycan bazarından istifadə edə, həm də qonşularla ticarət edə bilərik. Bu gün Azərbaycanın kənd təsərrüfatı büdcə vasitəsilə dəstəklənir. Düşünürəm ki, bu pulları orada qazanmaq lazımdır. Bizim bundan ötrü bütün imkanlarımız var. Səmərəli münasibətləri inkişaf etdirmək üçün bizdə zəruri olan hər şey var.

Beynəlxalq məsələlərin əksəriyyətində mövqelərimiz oxşardır. Ölkələrimiz güclü və çiçəklənən dövlət quruculuğu xətti aparır. Əminəm ki, imzalanmağa təklif edilən Belarus ilə Azərbaycan arasında 2015-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında müqavilə və Belarus-Azərbaycan sazişləri yaxın perspektiv üçün qarşılıqlı fəaliyyətimizin keyfiyyətcə yeni səviyyəsinə nail olmağa, onun uzunmüddətli xarakter daşımasını təmin etməyə imkan verəcəkdir.

İlham Heydəroviç, MDB-nin tədbirinin baş tutmamasına baxmayaraq, buraya gəldiyinizə görə Sizə ürəkdən təşəkkür etmək istəyirəm. Biz bunu yüksək qiymətləndirir və Sizin bu səfərə görə təəssüflənməməyiniz üçün hər şeyi edəcəyik.

Azərbaycan Prezidenti İLHAM ƏLİYEV rəsmi səfər zamanı ona və Azərbaycan nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə və mehriban qəbula görə minnətdarlığını bildirərək dedi ki, Siz tamamilə haqlısınız, Belarusa səfərim və MDB-nin iclası bir vaxta təsadüf etdi. Lakin bu hadisələrin əhəmiyyəti baxımından, əlbəttə, ölkənizə rəsmi səfər digər hadisələrdən üstündür. Odur ki, MDB-nin iclasının təxirə salındığı məlum olduqda, rəsmi səfərin başqa vaxta keçirilməsi barədə təbii ki, heç bir söhbət gedə bilməzdi.

Biz ölkənizdə baş verən hadisələri çox böyük maraqla izləyirik, uğurlarınıza çox sevinirik. Düşünürəm ki, artıq bu gün bütün istiqamətlərdə əməkdaşlığı gücləndirmək üçün çox yaxşı zəmin var. Bunun üçün qarşılıqlı istək var. Praktik baxımdan artıq müəyyən niyyətlər var. İki il əvvəl yaradılan hökumətlərarası komissiya fəal işləyir, müxtəlif nazirliklər və idarələr, istehsal müəssisələri səviyyəsində əlaqələr də fəaldır. İqtisadi sahədə, Belarusda istehsal edilən malların alınması sahəsində fəal əməkdaşlığımızın necə başlanmasından çox məmnunuq. Məhz bu qarşılıqlı etimad və tam qarşılıqlı anlaşma gələcəkdə münasibətlərimizin uğurlu inkişafını bəri başdan müəyyənləşdirir.

Prezident İlham Əliyev vurğuladı ki, iqtisadiyyatlarımız bir-birini çox uğurla tamamlaya bilər. Bu gün Belarusda istehsal edilən məhsullara Azərbaycanda tələbat var. Azərbaycanda istehsal edilən məhsullar isə Sizin ölkəniz üçün maraq doğurur. Ona görə də energetika, neft-qaz sahəsində, müştərək müəssisələr, sənaye müəssisələri, o cümlədən kənd təsərrüfatında, müdafiə sənayesində müəssisələr yaradılması sahəsində əməkdaşlıq - bütün bu istiqamətlər çox praktik əhəmiyyətə malikdir. Fəal iqtisadi əməkdaşlığımızın son dövrü göstərir ki, qərarlarımız dərhal həyata keçirilir. Biz əməkdaşlıq üçün hansısa bir istiqaməti müəyyənləşdirən kimi, hər iki tərəfdən müvafiq addımlar atılır, yerlərdə rəhbər işçilərə tapşırıq verilir və icraçılar öz vəzifələrinə məsuliyyətlə yanaşırlar. Düşünürəm ki, bu, ölkələrimiz arasında həqiqi tərəfdaşlıq münasibətlərinin necə qurulmalı olduğuna çox yaxşı nümunədir.

Azərbaycan dövlətinin başçısı bildirdi ki, iqtisadiyyatlarımız çox dinamik inkişaf edir. İqtisadi potensial, sənaye potensialı artır və təbii ki, bu, daha fəal iqtisadi əməkdaşlıq üçün zəmin yaradır. Mən əminəm və Sizinlə tam razıyam ki, mövcud əmtəə dövriyyəsini göstərən mütləq rəqəmlər bizi qane edə bilməz. Əminəm ki, səfərdən sonra biz əmtəə dövriyyəsinin xeyli artacağını görəcəyik. İmzalanmağa təklif olunan sənədlər də münasibətlərimiz üçün yaxşı hüquqi baza yaradacaq, gələcək inkişaf perspektivlərini müəyyən edəcəkdir.

Prezident İlham Əliyev dedi ki, biz Belarus ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlıqda maraqlıyıq və ümidvarıq ki, bu əməkdaşlıq qarşılıqlı surətdə faydalı olacaqdır və o, artıq məhz belədir. Əməkdaşlığın nəticələri bizi qane edir və çox geniş qarşılıqlı fəaliyyət üçün perspektivlər açır.

Bu gün biz Sizinlə çox geniş səpkili məsələləri müzakirə etdik və hətta müzakirənin gedişində hərə özü üçün yeni-yeni sahələr açır. Elə sahələr ki, burada biz fəal əməkdaşlıq edə bilərik. Bu, çox sevindirir və ümidvaram ki, nəzərdə tutduğumuz hər şey həyata keçiriləcəkdir. Biz öz öhdəliklərimizin yerinə yetirilməsinə çox məsuliyyətlə yanaşırıq.

Dövlətimizin başçısı daha sonra dedi ki, biz istəyirik, ölkələrimiz arasında əməkdaşlıq uzunmüddətli əsasda olsun, habelə bu əməkdaşlığa cəlb edilmiş bütün qurumlar öz öhdəliklərinin yerinə yetirilməsinə çox məsuliyyətlə yanaşsınlar. Qarşılıqlı etimad hər bir əməkdaşlığın əsasıdır. Bu gün ölkələrimiz arasında qarşılıqlı etimad var. Belarusun və Azərbaycanın ölkələrimizdə səfirliklərinin açılması da ikitərəfli əlaqələrə necə əhəmiyyət verdiyimizi göstərir, habelə əməkdaşlığın yeni sahələrini müəyyənləşdirmək üçün səmərəli mexanizmdir. Səfirliklər, hökumətlərarası komissiya, nümayəndə heyətlərinin qarşılıqı səfərləri, - belə səfərlər olmuşdur və ümidvaram ki, gələcəkdə də olacaq, - əməkdaşlığımızın gələcək potensialını məhz bunlar irəlicədən müəyyən edəcəkdir. Mən bundan çox məmnunam və bir daha demək istəyirəm ki, səfərə dəvətə görə minnətdaram.

Getdikcə daha fəal olan dialoqumuzu davam etdirməkdən ötrü Sizi bir daha, - artıq geniş tərkibdə görüşümüzdə, - özünüz üçün əlverişli vaxtda Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm. Bu, ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğundur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb