Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ

DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ

AZƏRTAC xəbər verir ki, sentyabrın 11-də Azərbaycan və Özbəkistan nümayəndə heyətlərinin iştirakı ilə Prezident İlham Əliyevin və Prezident İslam Kərimovun geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan dövlətinin başçısı İLHAM ƏLİYEV görüş iştirakçılarını salamlayaraq dedi:

- Hörmətli İslam Abduqəniyeviç!

Hörmətli qonaqlar!

Sizi Azərbaycan torpağında səmimi salamlamaq istəyirəm. Xoş gəlmisiniz! Biz Sizin səfərinizi gözləyirdik və dəvətimizi qəbul edərək, ölkəmizə səfərə gəlidiyinizə görə Sizə çox minnətdarıq.

Bizim ölkələr arasında qardaşlıq, dostluq münasibətlərinin tarixi qədimdir və hazırda uğurla inkişaf edir. Əlbəttə, dövlət rəhbərlərinin səfərləri bu münasibətlərin inkişafı üçün yeni zəmin yaradır. Bu gün biz ikitərəfli münasibətlərin bütün aspektlərini, regional məsələləri ətrafı müzakirə etdik. Biz ümumi fikirdəyik ki, inteqrasiya prosesləri, kooperasiya, birgə layihələr ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək və əməkdaşlıq üçün yeni imkanlar yaradacaqdır.

Özbəkistan bizə qardaş, dost ölkədir, biz beynəlxalq təşkilatlarda sizin dəstəyinizi çox yüksək qiymətləndiririk. Biz də öz tərəfimizdən, əvvəllər olduğu kimi, gələcəkdə də həmişə sizin yanınızda olacağıq.

Sizin səfəriniz, ilk növbədə, iqtisadiyyatda və başqa sahələrdə əməkdaşlığın perspektivlərini daha dərindən öyrənmək üçün yaxşı imkanlar yaradır. Əminəm ki, nümayəndə heyətləri üzvlərinin də fikir mübadiləsi etmək imkanı olmuşdur, xüsusən ona görə ki, bu yaxınlarda komissiyanın iclası keçirilmişdir. Bütün bunlar münasibətlərimizin səviyyəsini əks etdirir. Biz həm də ümid edirik ki, bu səfərdən sonra ölkələrimizin daha da yaxınlaşması baxımından yeni əməli addımlar atılacaqdır.

Bir daha xoş gəlmisiniz!

Özbəkistan Prezidenti İSLAM KƏRİMOV səmimi qəbul üçün təşəkkür edərək dedi:

- Hörmətli İlham Heydər oğlu!

Bərəkətli Azərbaycan torpağında bizi bu qədər səmimiyyətlə, hərarətlə qəbul etdiyinizə görə şəxsən Sizə və azərbaycanlı dostlarımıza ürəkdən təşəkkür etmək istərdim. Mən əminəm ki, Özbəkistan nümayəndə heyətinin hər bir səfəri bizim üçün, ilk növbədə, Özbəkistan üçün böyük əhəmiyyət kəsb edir, çünki ikitərəfli və çoxtərəfli münasibətlərimizdə gerçəkləşdirilməli olan məsələləri, böyük imkanları müzakirə etmək üçün yaxşı fürsət yaranır.

Azərbaycan bizə qardaş ölkədir. Bizə həm tarixi, həm də mədəni baxımdan yaxın olan ölkədir. Bu mənada bir daha demək istərdim ki, biz özümüzə yaxın saydığımız ölkəyə gəlmişik, burada özümüzü qonaq kimi yox, yaxın adamlar arasında olduğu kimi hiss edirik. Başa düşürəm ki, bu cür səmimi qəbul məhz bununla izah edilir.

Dünyada bir-birinə məhz öz kökləri ilə bağlı olan iki dövlət, iki xalq tapmaq çətindir. Biz öz ana dilimizdə danışa bilərik və həmişə bir-birimizi başa düşəcəyik.

Bu gün demək istərdim ki, Azərbaycanla bağlı nə varsa, mən onları həmişə Heydər Əliyevlə yaxın dostluğumun prizmasından görürəm. O, məni özünün yaxın dostu hesab edirdi. Mən də onu özüm üçün ən yaxın insan hesab edirdim. O, Özbəkistanın bütün problemlərini, bizim həll etdiyimiz bütün mürəkkəb məsələləri özünün problemləri kimi qəbul edirdi. O, yaşca məndən böyük idi, lakin müstəqillik əldə ediləndən sonrakı ilk illərdə həm Azərbaycanın, həm də Özbəkistanın yeni, müstəqil inkişaf şəraitində öz ölkəsinin, öz xalqının tab gətirməsi, qorunub saxlanması ilə bağlı ən çətin, deyərdim ki, ən ağır problemləri həll etdiyi vaxtda postsovet məkanında baş verən hadisələrə münasibət məsələsində mən onun şəxsində, sadəcə, həmməslək deyil, bu məsələləri çox dərindən başa düşən bir insan tapırdım. Mən ona, sadəcə, ünsiyyətliliyinə, müdrikliyinə görə deyil, başqaları üçün gözlənilməz olan bütün prosesləri dərindən başa düşdüyünə görə hörmət edirdim.

Heydər Əliyev Moskvada ən yüksək vəzifələrdə işlədiyi dövrdə mən hələ o qədər də nəzərə çarpmayan bir adam idim, lakin onun fəaliyyətini çox diqqətlə izləyirdim və bilirəm ki, Azərbaycan üçün nə qədər çox iş görmüşdür. O, həqiqətən tarixi simadır. O, Azərbaycanın tarixində həmişəlik qalacaq şəxsiyyətdir. Bir vaxt biz də dünyamızı dəyişəcəyik, amma onu xatırlayacaqlar. Onu ən müdrik bir insan kimi, Azərbaycanın ən böyük vətənpərvəri kimi, mən deyərdim ki, ölkəni qoruyub saxlamış bir insan kimi xatırlayacaqlar. O, çətin dövrdə nə mümkündürsə etmiş, onun ardınca gələn gənc nəsli, mən deyərdim ki, gələcək barədə aydın təsəvvürlə, proqramla, modellə silahlandırmışdır. Hörmətli İlham Heydər oğlu, bu gün mən görürəm ki, bütün bunlar artıq Sizin rəhbərliyiniz altında gerçəkləşir.

Səmimi sözümdür, bu gün mən yalnız bir şey deyə bilərəm: mən Sizə təşəkkür edirəm ki, atanızın xatirəsini bu cür qayğı ilə qoruyursunuz. Sizin vasitənizlə Sizin komandaya, Sizin əhatənizdəkilərə təlqin edilən münasibətinizə görə Sizə təşəkkür edirəm. Mən Sizə təşəkkür edirəm ki, Heydər Əliyevin nəzərdə tutduğu bütün işlər şübhəsiz ki, bu gün reallaşır və bundan sonra da reallaşacaqdır.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk filosofdan tələbələrə ustad dərsi: Dezinformasiyanı necə müəyyənləşdirməli?

İqtisadiyyat naziri: Dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilir

Nazir: Növbəti ildə bütün rayonlar öz gəlirləri hesabına xərclərini tam qarşılayacaq

Mikayıl Cabbarov: Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır, gəlir bazası şaxələnir

Məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü həbs edilib

COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub

Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

2027-ci il dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payı 60,6 faiz olacaq

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizləri ilə 32 milyon tonadək yük daşınıb

Sahil Babayev: Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdəndir

Bu saata olan əsas xəbərlər

Agentlik sədri: Azərbaycanda ilk dəfə "İstedadlar sərgisi"nin keçirilməsi planlaşdırılır

Maliyyə naziri: Dövlət borcunun idarə edilməsi sahəsində müsbət dinamika qorunur

Abbas Əraqçi: İran diplomatiyaya üstünlük verir

Zaqreb Qran-Prisinin qalibi: Finalda alman cüdoçudan komanda yoldaşımın qisasını aldım - MÜSAHİBƏ

Fransada dövlət qulluqçularının həmkarlar ittifaqı noyabrın 17-də tətilə qoşulacaq

Aqrar sektorda süni zəka və yeni texnologiyalar məşğulluğu artıracaq

David Qurgenidze: Gürcüstan və Azərbaycan universitetləri arasında əməkdaşlığın genişləndirilməsi vacibdir

Yarpağı xurma, meyvəsi çiyələk, dadı tut – Lənkəranda qeyri-adi ağac diqqət çəkib

Sahil Babayev: 2027-ci ilin dövlət büdcəsi ölkənin inkişaf prioritetləri nəzərə alınmaqla hazırlanıb

İdris İsayev: Hazırda 1100-dən artıq Gürcüstan vətəndaşı Azərbaycanda ali təhsil alır

Rusiya Müdafiə Nazirliyi gecə saatlarında 1336 dronun məhv edildiyini bildirib

Fransadakı aksiyalarda prezident Makronun istefası tələb olunacaq

“Morgan Stanley” qlobal səhmlər üzrə investisiya mövqeyini artırıb

AzTU-da əcnəbi tələbələrlə görüş olub

Zaur Əliyev: Qabaqcıl texnologiyaların tətbiqi aqrar sektor mütəxəssislərindən fərqli bilik və bacarıqlar tələb edir

Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür

Yuxusuzluğun aradan qaldırılmasında xalq təbabətində istifadə olunan bitkilər

“Anthropic”in IPO-su süni intellekt sektoru üçün mühüm sınaq olacaq

Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb

İran Hörmüz boğazının açılması üçün möhləti iki günə endirib

Azad edilmiş ərazilərdə daha 1459,5 hektar sahə minalardan təmizlənib

Qızıl yeni həftəyə ucuzlaşma ilə başlayıb

İspaniyanın Kanar adalarına iki gün ərzində 2000-dən çox miqrant gəlib

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Becni qalası

“Sea Breeze”də “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib

Bölgə kitabxanalarının əməkdaşları rəqəmsal yeniliklər və elektron resurslarla tanış edilib

Misir Aralıq dənizindəki yeni qaz yatağında hasilata başlayıb

Parisdə və ətraf ərazilərdə təhsil müəssisələrinin yaxınlığında aksiyalar qadağan edilib

İran neftinin tədarükü dayandıqdan sonra Çin zavodları İraqa üz tutub

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

MDU-da elmi fəaliyyət stimullaşdırılır: 100-ə yaxın əməkdaş mükafatlandırılıb

“Goldman Sachs”: Neft bazarında kifayət qədər böyük təklif artıqlığı yarana bilər

Vətən müharibəsində həkimin yaddaşından silinməyən an: “Mən Daşaltıdan gəlirəm, Şuşaya yaxınlaşmışıq”

Cavid Qurbanov: Müasir əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılması prioritetdir VİDEO

Cavid Qurbanov: Müasir əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılması prioritetdir VİDEO

Qəbələdə məktəblilərə öz hüquqları barədə ətraflı məlumat verilib

Baş prokuror Kamran Əliyev Argentinanın ədliyyə naziri ilə görüşüb

Antonio Quterreş Rohingya müsəlmanlarının hüquqlarını bərpa etməyə çağırıb

Krım körpüsünün bağlanması qatarların hərəkətində gecikmələrə səbəb olub

Futbolçular niyə meydanda huşunu itirir? – İdman həkimi ilə müsahibə

Deputat: Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır

Nazir müavini: Bu ilin 10 ayında 164 mindən çox şəxs işlə təmin edilib VİDEO

Nazir müavini: Bu ilin 10 ayında 164 mindən çox şəxs işlə təmin edilib VİDEO

İstanbulda Azərbaycanın investisiya imkanlarına dair tədbir olub

Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb

Xaçmazda minik avtomobili aşıb, sürücü ölüb, dörd nəfər xəsarət alıb

Prezident İlham Əliyevin beynəlxalq platformalarda keçirdiyi görüşlər Azərbaycanın artan nüfuzunun göstəricisidir - ŞƏRH

“Amazon” şirkətinin 40 internet peykini daşıyan raketin missiyası uğursuz olub

Rəşad Mustafayev: Əmək bazarında dəyişikliklərin miqyası və sürəti artıq gündəlik həyatımızda hiss olunur VİDEO

Rəşad Mustafayev: Əmək bazarında dəyişikliklərin miqyası və sürəti artıq gündəlik həyatımızda hiss olunur VİDEO

Şeremetyevo hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb

Həftəsonu ölkə ərazisində 59 cinayətin açılması təmin olunub

Ombudsman beynəlxalq ictimaiyyəti Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə dəstəyi gücləndirməyə çağırıb

Ronaldinyo 11 illik fasilədən sonra futbola qayıdıb

Azərbaycan-Cənubi Qafqazın tolerantlıq oazisi – MƏQALƏ

Ucar məktəbliləri ilə vətənpərvərlik və sağlam həyat tərzi mövzusunda görüş təşkil olunub

ABŞ doqquz tərəfdaş ölkə ilə süni intellektin təhlükəsizliyinə dair saziş imzalayıb

İngiltərə millisi ilkə imza atıb, İspaniyanın uğurlu seriyası başa çatıb

Şahdağda qar örtüyünün hündürlüyü 20 santimetrdir - FAKTİKİ HAVA

Urxan Ələkbərov: Azərbaycan dövlət idarəçiliyi sahəsində innovativ təcrübəsi ilə beynəlxalq maraq doğurur

İdarəçilik Akademiyası Qazaxıstanın dövlət qulluqçuları üçün növbəti təlim-təcrübə proqramına başlayır

İraq mediasında Zəfər Günü və işğaldan azad edilmiş ərazilərdə bərpa işləri barədə məqalələr dərc olunub

NASA-nın “Voyager-1” zondu kosmosda 26 milyard kilometr məsafə qət edir

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Bakıda güclü külək nəticəsində 32 ağac sınıb, 36 ağacın budaqları qırılıb

Birjalarda neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Birjalarda neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib VİDEO

COP31-də bu gün elm, sənaye və texnologiya məsələlərinə həsr olunub

İlin son sınağı: Azərbaycan millisi Andorra ilə qarşılaşacaq

FHN: Ötən həftə ərzində 182 yanğına çıxış olub, 61 nəfər xilas edilib VİDEO

FHN: Ötən həftə ərzində 182 yanğına çıxış olub, 61 nəfər xilas edilib VİDEO

ABŞ Putin, Tramp və Si Cinpin arasında noyabrın 19-da keçiriləcək görüşü təsdiqləyib

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür

Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib VİDEO

Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib VİDEO

Hazırda Bakıda bir neçə istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Paytaxtda qızıl-zinət əşyaları və mobil telefon oğurlayan şəxslər saxlanılıblar

Tailandda baş verən yanğın nəticəsində 11 nəfər həlak olub

Husilər Yəmənin müvəqqəti paytaxtı Ədənə doğru irəliləyirlər

Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək

SEPAH Bəhreyndə ABŞ radar stansiyasına dronlarla zərbə endirdiyini bildirib

Tramp ABŞ-də aviasiya sistemindəki problemlərə görə Bayden administrasiyasını günahlandırıb

Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub

FT: Jensen Huanqın “Nvidia”nın rəhbərliyinə qayıtması üçün kampaniya aparılır

Husilər Ər-Riyad yaxınlığında neft obyektlərinə zərbə endiriblər

ABŞ-nin təyyarədaşıyan gəmisi bir sutka ərzində Yaxın Şərqə çatacaq

UEFA Millətlər Liqası: İngiltərə yığması İspaniyanı məğlub edib

“Tesla” “Cybercab” robotaksilərini şəxsi istifadə üçün satışa çıxarıb

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Bir əsrlik radio, 70 illik televiziya: Heydər Əliyev Sarayında “Yubiley gecəsi” FOTO

Bakıda aşan ağac səbəbindən evdə köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

İran XİN: ABŞ-nin Tehranın tələblərinə cavabları praktik deyil