RƏSMİ XRONİKA
“DÖVLƏT BORCU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2007-Cİ İL 6 AVQUST TARİXLİ 610 NÖMRƏLİ FƏRMANINA DƏYİŞİKLİK VƏ ƏLAVƏ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 13 noyabr tarixli 483-IIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 avqust tarixli 610 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 758) aşağıdakı dəyişiklik və əlavə edilsin:
1.1. 3.3-cü bənddən “1.11-ci,” və “,13.1-ci” sözləri çıxarılsın;
1.2. həmin bənddə “13.2.2-ci maddəsinin ikinci cümləsində,“ sözlərindən sonra “13.2.3-cü maddəsində,” sözləri əlavə edilsin.
2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 fevral 2008-ci il.