ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzində “GRE General Test” imtahanı keçirilib
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında “GRE General Test” imtahanı keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda 3 nəfər iştirak edib.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahan verənlər nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 10-15 gün sonra onlayn öyrənə bilərlər.
Növbəti “GRE General Test” imtahanının aprelin 14-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytından əldə etmək mümkündür.