ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzində hazırlıq kurslarının növbəti məşğələləri keçirilib
Bakı, 7 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) fizika, rus dili, biologiya, tarix fənləri üzrə hazırlıq kurslarının növbəti məşğələləri keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, məşğələlərin mövzusu təhsil proqramı (kurikulum) əsasında tərtib edilmiş tapşırıqların qiymətləndirmə meyarları haqqında olub.
Məşğələlərdə moderatorlar təqdimatlarla çıxış ediblər. Təqdimatlardan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Kurslarda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqojiyönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Növbəti həftə məşğələlər davam etdiriləcək.