Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

DÖVLƏT KUKLA TEATRI ƏSASLI TƏMİR VƏ YENİDƏNQURMADAN SONRA İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

DÖVLƏT KUKLA TEATRI ƏSASLI TƏMİR VƏ YENİDƏNQURMADAN SONRA İSTİFADƏYƏ VERİLMİŞDİR AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

Dekabrın 26-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya gül dəstələri təqdim olundu. Milli geyimli oğlan və qızlar sülh rəmzi olan ağ göyərçinləri havaya buraxdılar.

Prezident İlham Əliyev əvvəlcə teatr binasının ətrafını gəzdi, abadlıq və yaşıllaşdırma işləri ilə tanış oldu. Dövlətimizin başçısı açılış mərasiminə toplaşan inşaatçıları, teatrın əməkdaşlarını salamlayaraq dedi ki, gözəl iş görmüsünüz. İndi bina tamamilə yeni görkəm almış və gözəlləşmişdir. Əlbəttə, içəridə də bütün lazımi avadanlıq, istilik sistemi, kondisioner - hər şey var.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi, teatr binasının fasadına, binanın əvvəlki və indiki görünüşünü, təmir və yenidənqurma işlərinin gedişini əks etdirən fotoşəkillərə baxdı.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dedi ki, cənab Prezident, əsaslı təmir və yenidənqurma işləri Sizin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamınıza uyğun olaraq həyata keçirilmişdir. Bu ilin mayında Siz teatrda işlərin gedişi ilə tanış olmuşdunuz.

Foyedə divar boyu 300 kvadratmetr sahədə xalq rəssamı Toğrul Nərimanbəyovun “Azərbaycanın nağıl aləmi” əsəri çəkilmişdir.

Müasir texniki avadanlıqla təchiz olunmuş səs və radio sexi, səhnə işıqları sexi yaradılmışdır və xüsusi otaqdan kompyuter vasitəsilə idarə olunur. İnzibati otaqlar, hər aktyor üçün isə ayrıca qrim otağı vardır. Rekvizit və kostyum otağında tamaşalarda istifadə olunan əşyaların qorunması üçün xüsusi şərait yaradılmışdır. Geniş məşq salonunda 120-dən çox xüsusi işıq cihazları, müasir texnologiya əsasında kompyuterləşdirilmiş səs avadanlığı quraşdırılmışdır.

2700 kvadratmetr sahəsi olan teatrda Azərbaycan və rus bölməsi ilə birlikdə 30 nəfərlik aktyor heyəti var. 200 nəfərlik tamaşa salonu da büsbütün yeni görkəm almışdır.

Prezident İlham Əliyev teatrın inzibati və qrim otaqlarını, səs və radio, işıq sexlərini, məşq salonunu gəzdi, yaradılan şəraitdən, işlərin yüksək keyfiyyətlə aparılmasından razılığını bildirdi. Dövlətimizin başçısı ikinci mərtəbədəki eyvandan ətrafı da seyr etdi.

Ə.Qarayev bildirdi ki, teatrda bir il ərzində, dünya standartlarına uyğun aparılan keyfiyyətli təmir və yenidənqurma işlərinə tikinti şirkətləri 20 illik zəmanət vermişdir. XX əsrin əvvəllərində bu binanın layihəsini Bakıda yaşayan polyak arxitektoru Ploşko vermiş və “Fenomen” kinoteatrı kimi tikilmişdir. Sonralar müxtəlif vaxtlarda burada teatr truppaları, muzey və s. fəaliyyət göstərmişdir. Azərbaycanda kukla teatrı 1931-ci ildə yaradılmışdır. 1941-ci ilədək və 1946-50-ci illərdə müstəqil, 1941-46-cı illərdə Gənc Tamaşaçılar Teatrının, 1950-ci ildən Filarmoniyanın nəzdində fəaliyyət göstərmişdir. 1965-ci ildən isə yenidən müstəqil teatrdır. İlk dövrlərdə teatrda Azərbaycan, rus, Qərbi Avropa dramaturqlarının pyesləri, Azərbaycan şifahi xalq ədəbiyyatı motivləri əsasında hazırlanmış tərbiyəvi əhəmiyyət xarakterli əsərlər səhnəyə qoyulmuşdur. 1974-cü ildən teatra Abdulla Şaiqin adı verilmişdir. 1975-ci ildən burada böyüklər üçün də tamaşalar göstərilir.

Sonra teatrın yaradıcı kollektivi balacalar üçün Elşad Rəhimzadənin “Nağıllar aləmində” tamaşasını göstərdi. Uşaqlar tamaşa salonuna gələn dövlətimizin başçısını və xanımını hərarətli alqışlarla qarşıladılar.

Prezident İLHAM ƏLİYEV uşaqları təbrik edərək dedi:

-Salam uşaqlar, mən sizin hamınızı qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edirəm. Gözəl bayram ərəfəsində bizim sevimli kukla teatrımız əsaslı təmirdən sonra indi öz fəaliyyətini davam etdirir. Bu gözəl binada çox gözəl tamaşalara baxacaqsınız.

Bu bina tarixi binadır. Artıq 100 ildir ki, tikilibdir. Biz də bunu sizin üçün əsaslı təmir etdik ki, uşaqlar gəlib burada yaxşı tamaşalara baxsınlar, yaxşı istirahət etsinlər. Yəqin bilirsiniz ki, indi Bakıda müxtəlif teatr və muzeylər təmir olunur. Amma birinci təmir olunan teatr məhz kukla teatrıdır. Ona görə ki, biz ilk növbədə, bütün imkanlarımızı uşaqların rahat yaşamasına, dincəlməsinə yönəltməliyik, uşaqlar üçün işləməliyik və işləyirik.

İndi Bakıda gözəl binalar çoxdur. Onların hamısı gözəl təmir olunur, yeniləşir. Şəhərimizin bu gözəl yerində də gözəl binalar kifayət qədərdir. Kukla teatrının binası da öz memarlığı ilə fərqlənir. Burada işləyən aktyorlar üçün də, tamaşaçılar üçün də yaxşı şərait yaradılmışdır. Əminəm ki, burada yaxşı tamaşalar göstəriləcəkdir.

Uşaqlar bizim gələcəyimizdir. Siz gələcəkdə Azərbaycanın inkişafında öz sözünüzü deyəcəksiniz. Vaxt gələcək, siz ölkəmizin inkişafı üçün lazımi qərarlar qəbul edəcəksiniz, göstərişlər verəcəksiniz. Ona görə, gərək siz yaxşı oxuyasınız, yaxşı vətəndaş olasınız. Məktəbdə yaxşı oxuyasınız. Siz bilikli, savadlı olmalısınız ki, vaxt çatanda ölkəmizin gələcəyi üçün bütün lazımi işləri görəsiniz. Uşaqlar ölkəmizin gələcəyidir. 30 ildən sonra, 40 ildən sonra Azərbaycanın inkişafı sizdən asılı olacaqdır. Ona görə, ilk növbədə, mütləq yaxşı oxumaq, yaxşı biliklərə malik olmaq, idmanla məşğul olmaq lazımdır. Hər bir insan elə uşaqlıq yaşlarından idmanla məşğul olmalıdır, idman insanı fiziki cəhətdən sağlam edir. Fiziki cəhətdən sağlam olan insanlar mənəvi cəhətdən də sağlam olmalıdırlar və belə də olur. İdmanla məşğul olmaq, yaxşı oxumaq, böyüklərin sözünə qulaq asmaq və yaxşı yemək lazımdır. Uşaqlar gərək yaxşı yesinlər ki, güclü olsunlar. Beləliklə, böyümək, yaxşı vətəndaş olmaq və gələcəkdə doğma xalqımıza, Azərbaycanımıza töhfə vermək lazımdır.

Mən bu gözəl bayram ərəfəsində sizin hamınızı bir daha təbrik etmək istəyirəm. Dekabrın 31-i, eyni zamanda Dünya azərbaycanlılarının həmrəyliyi günüdür. Bütün dünya azərbaycanlıları daha da sıx birləşməlidir. Azərbaycan dövləti inkişaf etməlidir, Azərbaycan xalqı rahat, firavan həyat yaşamalıdır.

Əziz balalar, sizi qarşıdan gələn bütün bayramlar münasibətilə bir daha təbrik edirəm, sizə cansağlığı arzulayıram. Sağ olun.

X X X

Uşaqlar dövlətimizin başçısının ürək sözlərini böyük maraqla dinlədilər. Tamaşanın aparıcısı uşaqlar adından dərin minnətdarlıq bildirərək dedi ki, cənab Prezident, bu gözəl hədiyyəyə görə biz Sizə “Çox sağ olun!” deyirik. İcazə verin, xatirə olaraq, Sizə teatrımızın mərhum baş rejissoru, aktyor, dünyada ilk dəfə olaraq bu il Polşanın “Təbəssüm” ordeninə layiq görülmüş Ələkbər Hüseynovun ən sevimli kuklasını təqdim edim.

Cənab Prezident, bu nağıl qəhrəmanları da çox arzu edirdilər ki, onların da belə gözəl, möhtəşəm, qəşəng teatrları olsun. Biz bilirik ki, bu günlərdə Sizin işləriniz lap çoxdur. Amma uşaqlara əsl yeni il hədiyyəsi olan bu binada tamaşa göstərməyin vaxtıdır.

İcazənizlə, bu gözəl balalar üçün tamaşamıza başlayaq və bir daha Sizə deyirik: “Çox sağ olun”.

X X X

Uşaqlar “Nağıllar aləmində” tamaşasına böyük maraqla baxdılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib