SİYASƏT
DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN RƏİSİ MDB ÖLKƏLƏRİ MİQRASİYA ORQANLARI RƏHBƏRLƏRİ ŞURASININ İCLASINDA İŞTİRAK ETMİŞDİR
Bakı, 18 may (AZƏRTAC). Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov mayın 14-15-də MDB ölkələri miqrasiya orqanları rəhbərləri Şurasının Kazanda keçirilən 5-ci iclasında iştirak etmişdir.
DMX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, iclasda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ukrayna miqrasiya orqanlarının rəhbərləri, habelə MDB İcraiyyə Komitəsinin, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin, Avropa birliklərinin Rusiyadakı komissiyasının nümayəndələri iştirak etmişlər.
Toplantıda MDB ölkələrində miqrasiya sahəsində vəziyyətlə bağlı məlumatlar dinlənilmişdir.
İştirakçılar “Əmək miqrantlarının MDB ölkələrində əmək fəaliyyətinin təşkili” konsepsiyası layihəsinə hazırlıq və üzv dövlətlərin miqrasiya orqanları arasında, habelə qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlıq məsələlərini müzakirə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [21:23]
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib
- 07.05.2024 [20:30]
Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK
- 07.05.2024 [19:35]
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
- 07.05.2024 [18:58]
FIFA prezidenti COP29-a dəvət olunub
- 07.05.2024 [17:44]
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
- 07.05.2024 [17:29]