İQTİSADİYYAT
Dövlət Neft Fondunun 2012-ci il üçün investisiya strategiyası üzərində iş aparılır
Bakı, 2 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 2011-ci ilin sonunadək hazırkı səviyyədə qalacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirmişdir. İlin sonunadək müəyyən gəlirlər gözlənilir, lakin dövlət büdcəsinə eyni həcmdə planlaşdırılan transfertləri nəzərə alsaq, Fondun aktivləri ilin sonunadək eyni səviyyədə qalacaqdır.
Ş.Mövsümov diqqətə çatdırmışdır ki, Fondun aktivlərinin idarə olunması üçün yeni xarici menecerlər cəlb olunacaqdır. Hazırda Neft Fondunun 2012-ci il üçün investisiya strategiyası üzərində iş aparılır. Gələn il Fonddan dövlət büdcəsinə həyata keçiriləcək transfert isə 9,9 milyard manat səviyyəsində proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]