İQTİSADİYYAT
Dövlət Neft Şirkətində nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin hesablanması metodikası hazırlanır
Bakı, 30 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) istehsalat sahələrindəki nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin hesablanması metodikası hazırlanır.
AZƏRTAC xəbər verir ki, ARDNŞ-in nəqliyyat parkının ildən-ilə yeniləşdiyi və həmin nəqliyyatdan atılmaların konsentrasiyalarının standartlara yaxın olması, şirkətin nəqliyyat vasitələri üçün yeni metodikanın işlənməsini zəruri etmişdir.
Bununla əlaqədar Ekologiya İdarəsində ARDNŞ-in nəqliyyat və xüsusi texnikası üçün yeni əmsalların təyin edilməsi məqsədi ilə xüsusi metodikanın hazırlanması işləri aparılır.
Belə bir metodikanın hazırlanmasına idarədə yaradılmış maddi-texniki baza imkan verir. Hazırda bütün aidiyyəti ölçmə işləri aparılmış, lazımi məlumatlar müəssisələrdən alınmış, təhlil edilərək metodikanın hazırlanmasına başlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]