ELM VƏ TƏHSİL
Dövlət proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 79 namizəd barədə müsbət qərar qəbul olunmuşdur
Bakı, 9 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 79 namizəd barədə müsbət qərar qəbul olunmuşdur.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu günədək Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət proqramı çərçivəsində 2013-2014-cü tədris ili üzrə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 231 namizəd barədə müsbət qərar qəbul edilmişdir.