“DÖVLƏT SİRRİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 882; 2006-cı il, № 2, maddə 65) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.3.3-cü maddədə “dövlətlərə” sözü “dövlətlərə və beynəlxalq təşkilatlara” sözləri ilə əvəz edilsin.
2. 4.3.4-cü maddə çıxarılsın, 4.3.5-ci maddə 4.3.4-cü maddə hesab edilsin.
3. 4.4.4-cü maddədən “əmək haqqına əlavələrin verilməsi və vətəndaşların” sözləri çıxarılsın.
4. 21.4.5-ci maddə çıxarılsın, 21.4.6-cı maddə 21.4.5-ci maddə hesab edilsin.
5. 21.6-cı və 21.7-ci maddələr çıxarılsın, 21.8-ci - 21.12-ci maddələr müvafiq olaraq 21.6-cı - 21.10-cu maddələr hesab edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 oktyabr 2006-cı il