Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Dövlətimizin güc və diplomatiyadan zamanında və yerində istifadə etməsi həm meydanda, həm də masada uğurlu nəticələr verir

Dövlətimizin güc və diplomatiyadan zamanında və yerində istifadə etməsi həm meydanda, həm də masada uğurlu nəticələr verir

Bakı, 14 oktyabr, AZƏRTAC

Hazırkı vəziyyəti dəyərləndirsək Ermənistanın həm hərbi, həm də siyasi sahədə məğlubiyyətə uğradığını asanlıqla sezmiş olarıq. Bu gün həqiqətən də təmas xətti yoxdur, status-kvo Azərbaycanın lehinə dəyişib və Ermənistan rəhbərliyi “imdad diplomatiyasını” sürdürməkdədir. Bununla belə mövcud vəziyyətin daha müfəssəl elmi dəyərləndirilməsini həyata keçirmək üçün beynəlxalq münasibətlərin nəzəri-konseptual yanaşmalarına əsaslanmaq labüddür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidov deyib. O bildirib: “Oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində müzəffər Azərbaycan ordusunun növbəti zəfərlərindən və işğaldan azad edilmiş yeni ərazilərdən bəhs etdi. Prezidentimiz çıxışında düşmənin təşviş içərisində geri çəkildiyini və şanlı Azərbaycan ordusunun cəbhənin bütün istiqamətlərində mövqelərini möhkəmləndirdiyini bildirdi. Eyni zamanda, Ermənistan rəhbərliyinə son şans verildiyini bildirən ölkə başçısı Paşinyana bu imkandan yararlanaraq danışıqlarda konstruktiv mövqe sərgiləməyi tövsiyə etdi. Prezident çıxışının yekununda artıq təmas xətti deyilən anlayışın olmadığını və status-kvonun dəyişdirildiyini xüsusilə vurğuladı. Bu nüansın əhəmiyyətini bir az irəlidə açıqlayacağam, hələlik isə həmin gün baş verən daha bir önəmli hadisənin - Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında baş tutan danışıqlar və bu danışıqların nəticəsinə diqqəti yönəltmək istərdim. Nə az, nə çox, düz 11 saat davam edən bu danışıqların nəticəsində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov tərəfindən humanitar atəşkəslə bağlı bəyanat səsləndirildi. Azərbaycan tərəfinin bu atəşkəsə razılıq verməkdə əsas məqsədi Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistana son bir şans vermək və eyni zamanda, beynəlxalq ictimaiyyətə bir daha Azərbaycanın sülh və danışıqlara önəm verdiyini nümayiş etdirmək idi. Bununla belə onu da vurğulamalıyıq ki, bu atəşkəs, eyni zamanda, Ermənistan rəhbərliyinə də gərəkli idi. Panika və təşviş içərisində olan, başının üzərindəki “Damokl qılıncı”nı görməyə başlayan Nikol Paşinyan müharibə başlayandan etibarən öz sərsəm ritorikası ilə “Azərbaycana Suriyadan döyüşçülər gəlir”, “Türkiyə Azərbaycana yardım edir” kimi psevdo iddialar irəli sürərək dünya ictimaiyyətini münaqişəyə cəlb etməyə cəhd göstərmiş, eyni zamanda, müxtəlif dünya liderlərinə zənglər edərək onlardan yardım dilənməklə, onlara yalvarmaqla məşğul olmuşdur. Paşinyanın bu fəaliyyətinə istinad edərək diplomatiya lüğətinə yeni bir terminin “yalvarış diplomatiyası” (Pleading diplomacy) daxil olacağını istisna etməsək də, bu cür “diplomatiyanın” (buna diplomatiya demək olarsa) nə qədər alçaldıcı və rəzil olduğunu və Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkənin imicinə yalnız zərər vurduğunu vurğulamalıyıq.

Humanitar atəşkəsin razılaşdırılmasına baxmayaraq atəşkəsdən bir neçə saat sonra Ermənistanın Azərbaycanın Ağcabədi, Ağdam və Tərtərdə yerləşən mülki infrastrukturlarına və mülki əhalisinə qarşı artilleriya, iri çaplı silahlar və raket zərbələri ilə həyata keçirdiyi hücumlar növbəti dəfə Ermənistan hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüququn başlıca norma və prinsiplərinə, o cümlədən razılaşmalara məhəl qoymadığını nümayiş etdirmiş oldu. Növbəti gün düşmən Ermənistanın Azərbaycanın ən iri su anbarının yerləşdiyi Mingəçevir şəhərini hədəfə alması və Gəncə şəhərindəkı yaşayış binalarına raket zərbələri endirməsi (bu hücum nəticəsində 10 nəfər mülki vətəndaş həlak olmuş, 34 nəfər isə ağır yaralanıb) Ermənistan rəhbərliyinin terrorçu xislətini bir daha göstərmiş oldu. Bəli, Gəncənin mülki şəxslərinin bilərəkdən hədəfə alınması beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə terror aktı olaraq qiymətləndirilməli və buna görə Ermənistan rəhbərliyi hüquqi məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Ermənistan rəhbərliyinin bu cür əməlləri 3-cü Reyxin nasist liderlərinin və Yuqoslaviyanın hərbi-siyasi rəhbərliyinin törətdiyi cinayətlərlə eynilik təşkil edir. Bu baxımdan Nürnberq məhkəməsi və Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalına oxşar bir institutun yaradılması və Ermənistanın hərbi-siyasi rəhbərliyinin orada mühakimə edilməsi labüddür.

Bu gün Azərbaycan ordusunun öz torpaqlarında həyata keçirdiyi hərbi əməliyyatları, dövlətimizin başçısının da vurğuladığı kimi məhz sülhə məcburetmə əməliyyatı adlandıra bilərik. Məşhur isveçli politoloq Svante Kornellin qeyd etdiyi kimi, regionda sülh və təhlükəsizliyə ən böyük təhdid məhz Ermənistandır. Azərbaycan torpaqlarına qəsd edərək beynəlxalq hüququn bütün norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın siyasi kursunun bu cür qiymətləndirilməsi, fikrimizcə, düzgün və ədalətlidir. Bu baxımdan uzun illər beynəlxalq hüququn prinsip və normalarını, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini gözardı edən və eyni zamanda danışıqlar prosesinə destruktiv yanaşan Ermənistan rəhbərliyinin təcavüzkar ritorikasına qarşı Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi anlaşılandır.

Moskva razılığından sonra Prezident İlham Əliyevin də vurğuladığı kimi, hərbi əməliyyatların ilk mərhələsi bitmiş və danışıqlar mərhələsi başlamışdır. Bəzi tədqiqatçılar danışıqlar mərhələsinə skeptik yanaşsalar da, əslində bu mərhələdə də yəni, hazırkı şəraitdə masada da Azərbaycanın siyasi üstünlüyünü sezmək olar. Biz bu gün, hərbi zəfərlərimizin Azərbaycanın mövqeyini danışıqlar masasında da möhkəmləndirdiyini görə bilərik. Dünənə kimi “Qarabağ Ermənistandır”, “Dağlıq Qarabağ Respublikası danışıqlarda 3-cü tərəf olaraq iştirak etməlidir” deyən, “yeni ərazilər üçün yeni müharibə” adlı təcavüzkar bir hərbi doktrina elan edən Paşinyan rejimi Moskva görüşündən sonra danışıqların baza prinsiplərinə sadiq qalacağını bildirdi və danışıqların əvvəlki formatının dəyişməyəcəyi ilə razılaşmalı oldu. Paşinyanın sərsəm ritorikasının 180 dərəcə dəyişməsinə səbəb olan başlıca amili Azərbaycan ordusundan aldığı sarsıdıcı zərbələr adlandırsaq yanılmarıq. Bu mənada Prezident İlham Əliyevin də vurğuladığı kimi, artıq şərtləri Azərbaycan tərəfi qoyur və Paşinyan bu şərtlərə tabe olmağa məcburdur. Digər tərəfdən bir nüans da qeyd olunmalıdır ki, Moskva razılaşması heç bir hüquqi əsas daşımır və humanitar atəşkəs rejiminin müddəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin addımlarından asılıdır. Əgər Paşinyan rejimi atəşkəs rejimini pozmağa davam edərsə və danışıqlar masasında konstruktiv mövqe nümayiş etdirməyəcəksə, o zaman hərbi əməliyyatların yenidən başlanması istisna olunmur. İstənilən halda Azərbaycan rəhbərliyi bu danışıqlara razılıq verməklə Ermənistana bir növ mərhəmət edərək sonuncu şansı verdi desək yanılmarıq. BMT Baş Assambleyasının 1999-cu il 20 yanvar tarixində qəbul etdiyi 53/101 saylı qətnaməyə əsasən, danışıqlar beynəlxalq münaqişələrin həlli üçün ən effektiv yoldur. Bu baxımdan Azərbaycan növbəti dəfə beynəlxalq hüququn prinsiplərinə riayət etdiyini və sülhpərəst bir dövlət olduğunu nümayiş etdirmiş oldu. Bununla belə Ermənistan tərəfi riyakar siyasətinə davam etdirəcəyi təqdirdə Azərbaycan ordusu sülhə məcburetmə əməliyyatını davam etdirəcək.

Nəticə etibarı ilə onu deyə bilərik ki, xarici siyasətdə başlıca hədəflərə nail olmaq üçün güc və diplomatiyadan zamanında və yerində effektiv şəkildə istifadə etmək zəruridir. Bu baxımdan dövlətimizin güc və diplomatiyadan zamanında və yerində istifadə etməsi həm meydanda, həm də masada uğurlu nəticələr verir. Azərbaycan rəhbərliyi hərbi sahədə əldə etdiyi zəfərləri, diplomatik sahədə daha da irəlilətməyi nəzərdə tutan səmərəli bir strategiya seçib. Bu strategiyanın regional güclərin və beynəlxalq ictimaiyyətin mövqeləri də nəzərə alınaraq seçilməsi xüsusilə vurğulanmalıdır. Bugünkü vəziyyət onu göstərir ki, Ermənistan ordusu, həqiqətən də Azərbaycan ordusu qarşısında, Azərbaycan şəhidləri qarşısında diz çöküb. Prezident İlham Əliyevin də vurğuladığı kimi şəhidlərin qisası alınır və alınacaq. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib