Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan

Möhtərəm İlham Heydər oğlu,

Ad gününüz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin. Siz Azərbaycan Respublikasının Prezidenti kimi ali vəzifədə olduğunuz illərdə xalqınızın həqiqi ehtiramını və məhəbbətini qazanmısınız.

İcazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, ölkənin rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayım.

Zati-aliləri, Sizə və xanımınız Mehriban Arif qızına firavanlıq və xoşbəxtlik arzu edirəm.

Hörmətlə,

Tatyana Anodina

Dövlətlərarası Aviasiya Komitəsinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin