SİYASƏT
DSK SƏDRLƏRİ ÜÇÜN KURSLAR DAVAM EDİR
Bakı, 8 sentyabr (AZƏRTAC). Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar dairə seçki komissiyalarının (DSK) sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir.
Sentyabrın 8-də - kursların ikinci günü MSK-nın katibi Natiq Məmmədov DSK-ların fəaliyyətinin təşkili qaydalarındakı yeniliklər haqqında ətraflı məlumat vermiş, seçkilərin keçirilməsində keyfiyyət artımının qeydə alındığını bildirmişdir. Qarşıdakı bələdiyyə seçkilərinin təşkili üçün yeni toplunun nəşr olunduğu diqqətə çatdırılmış, seçki qaydalarında baş verən dəyişiklərin və yeni təlimatların topluda tam əks olunduğu vurğulanmışdır.
Xatırladaq ki, DSK-ların sədrləri üçün keçirilən kurslar başa çatdıqdan sonra sentyabrın 23-dən 25-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar təşkil