İDMAN
“Düdelanj”ın baş məşqçisi: Lüksemburqdakı matçı unutdurmaq istəyirik
Bakı, 12 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Qış fasiləsinə çıxmazdan əvvəl yaxşı nəticə qazanmaq istəyirik. Bu matçın nəticəsi bizim üçün çox da böyük əhəmiyyət kəsb etmir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Lüksemburqun “Düdelanj” komandasının baş məşqçisi Bertran Krasson Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ" qarşı keçiriləcək matçdan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Ağdam təmsilçisi ilə Lüksemburqdakı oyun faciə idi. “Öz meydanımızdakı matç müəyyən səbəblərə görə dayandırıldı, üstəlik qırmızı vərəqə də aldıq. Buna görə də oyun nizamımız pozuldu. Amma sabah məqsədimiz bu səhvləri təkrarlamamaqdır. Elə oyun keçirmək istəyirik ki, Lüksemburqdakı matçı unutduraq”, - deyə 48 yaşlı mütəxəssis vurğulayıb.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:55-də start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]