İDMAN
Dünya çempionatının səkkizinci turunda Azərbaycan şahmatçılarının rəqibləri müəyyən olunub
AZƏRTAC xəbər verir ki, 20 yaşınadək gənclərin arasında 6 xalla Xorxe Kori (Peru) liderlik edir. Dörd şahmatçı ondan yarım xal geri qalır. Azərbaycan qrossmeysteri Ülvi Bacaraninin aktivində 5 xal var, digər şahmatçımız Nicat Abbasov 4 xal toplayıb.
Qızların yarışında rusiyalı Darya Pustovoytova, Aleksandra Qoryaçkina, Rut Padmini (Hindistan), Ann Çumtipas (Peru) və Anna İvanova (Polşa) hərəyə 5,5 xal toplayıblar. Azərbaycan təmsilçisi Səbinə İbrahimovanın aktivində 4,5 xal var.
Oktyabrın 13-də turnirdə istirahət günü idi.
Bu gün səkkizinci turun oyunları keçiriləcək. Səbinə İbrahimova yerli şahmatçı Ruça Pujari, Ülvi Bacarani çinli beynəlxalq usta Jinşi Bai ilə görüşəcək, Nicat Abbasov isə Hindistan təmsilçisi M.Qahan ilə gücünü sınayacaq.
İsveçrə sistemi ilə 13 turda keçirilən turnir oktyabrın 19-da başa çatacaq.