RƏSMİ XRONİKA
DÜNYA ƏDƏBİYYATININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNİN AZƏRBAYCAN DİLİNDƏ NƏŞRİ NƏZƏRDƏ TUTULAN ƏSƏRLƏRİNİN SİYAHISININ TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli 2354 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:
1. Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”na daxil olunmuş əsərlərin siyahısı təsdiq edilsin (siyahı əlavə olunur).
2. Azərbaycan Milli Elmlər Akademiyası bu Sərəncamın 1-ci bəndi ilə təsdiq olunmuş Siyahıya daxil edilmiş əsərlərin tərcüməsi, tərtibatı və çapa hazırlanması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2007-ci il.