DÜNYA SU GÜNÜ QEYD OLUNUR
Bakı, 22 mart (AZƏRTAC). Martın 22-də planetimizin bir çox ölkəsində dünya su ehtiyatları və ya dünya su günü qeyd olunur. Bu mühüm ekoloji bayramın qeyd olunması barədə qərar 1992-ci ildə Rio-de-Janeyroda keçirilən ətraf mühit və inkişaf üzrə BMT konfransında qəbul edilmişdir.
Dünya su günü ilk dəfə 1995-ci ildə “Su həyatdır” devizi altında qeyd olunmuşdur. 2003-cü il dekabrın 23-də BMT Baş Assambleyası 2005-2015-ci illəri “Su həyat üçün” beynəlxalq onilliyi elan etmişdir. Cari ildə Beynəlxalq su gününün mövzusu “Təmiz su sağlam dünya üçün”dür. Yerdə su ehtiyatının çox hissəsi okeanlarda, habelə Antarktida və Qrenlandiyanın çoxillik buzlaqlarında toplanmışdır. İnsanların istifadə etdiyi su mənbələri, əsasən, göllər, çaylar və su quyularıdır. Dünyada şirin su ehtiyatı ilbəil azalır, istehlak isə artır. Mütəxəssislərin proqnozlarına görə, 2025-ci ilədək təxminən 2 milyard insan su çatışmayan ölkələrdə və ya regionlarda yaşayacaqdır. Həmin bölgələrdə adambaşına ildə 500 kubmetrdən az su düşəcəkdir. Bu isə sağlam həyat və gigiyena qaydalarına riayət etmək üçün yetərli deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür VİDEO
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [12:10]