Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyanın ən ekzotik meyvələri: ikinci hissə

Bakı, 22 avqust, AZƏRTAC

AZƏRTAC “tourister.ru” saytına istinadla dünyanın müxtəlif ölkələrinin bazarlarında satılan qeyri-adi meyvələrlə tanışlığı davam etdirir.

Magik meyvə

Bu əcaib giləmeyvənin digər adı şirintəhər puteriyadır və o, tamamilə haqlı olaraq ekzotik meyvə adlanır. Əslində, puteriyanın dadı heç nə ilə fərqlənmir. Sadəcə, bu giləmeyvəni yeyən adam bir saat ərzində nə yeyirsə-yesin, ona elə gəlir ki, dadı şirindir. Məsələ bundadır ki, magik giləmeyvənin tərkibindəki xüsusi zülal - mirakulin dad reseptorlarını aldadır. Həqiqətən şirin olan məhsullar isə adama dadsız gəlir.

Puteriyanın dadına Qərbi Afrika, Puerto-Riko, Tayvan, Yaponiya, Avstraliya və Cənubi Floridada (ABŞ) baxmaq olar. Onun mövsümü ilboyu davam edir.

Tamarind

Tamarind, yaxud Hindistan xurması paxlalar fəsiləsinə aid olsa da, meyvə kimi də yeyilir. 11 santimetrə qədər uzunluğunda olan qəhvəyi rəngli bu meyvənin turşaşirin dadı var. Ondan ədva kimi də istifadə olunur. Tamarind qəlyanaltı, desert və müxtəlif içkilərin hazırlanmasında istifadə olunan məşhur Vuster sousunun tərkibinə daxildir. Tamarind qurusundan şirniyyat hazırlanır. Turistlər Hindistan xurması əsasında hazırlanmış ət yeməkləri üçün sous və kokteyllər üçün siropları alıb özləri ilə vətənə aparırlar.

Bu meyvəni Tailand, Avstraliya, Sudan, Kamerun, Oman, Kolumbiya, Venesuela və Kanadada yemək olar. Onun mövsümü oktyabr ayından fevral ayına qədərdir.

Marula

Təzə marulanı ancaq Afrika qitəsində görmək olar, çünki yetişən kimi qıcqırmağa başlayır. Yetişmiş marula sarı rəngdə olur və gavalını xatırladır. Ətli hissəsi ağ rəngdə, çəyirdəyi bərkdir. Qıcqırmamışdan əvvəl xoş ətirli və turşməzə olur.

Bu meyvənin dadına Cənubi Afrikada, o cümlədən Mavriki, Madaqaskar, Zimbabve və Botsvanada baxmaq olar. Mövsümü mart ayından başlayır.

Sitron

Bu meyvə sedrat və Korsika limonu da adlanır. Uzunsov meyvə, demək olar, qabıqdan ibarətdir. Dadına görə limonu, ətrinə görə bənövşəni xatırladır. Bu meyvədən yalnız kompot, jele və sukatların hazırlanmasında istifadə etmək olar. Korsika limonunu çox vaxt dekorativ bitki kimi dibçəkdə əkirlər.

Onu Çin, Yaponiya, Malayziya, İndoneziya, Tailand, Vyetnam və Hindistan bazarlarında görmək olar. Mövsümü oktyabr ayından dekabr ayınadəkdir.

Pepino

Pepinonu şirin xiyar, qovun armudu da adlandırırlar. Formal olaraq giləmeyvə olsa da, çox iridir. Meyvələrinin ölçü, forma və rəngi müxtəlifdir, bəziləri qırmızı və ya bənövşəyi cizgiləri olan tünd sarı rəngindədir. Ətli hissəsinin dadı qovun, balqabaq və xiyarı xatırladır. Yetişməmiş pepino nə qədər dadsızdırsa, yetişib ötmüş pepino da eynən onun qədər dadsızdır.

Bu meyvənin dadına Peru, Çili, Yeni Zelandiya, Türkiyə, Misir və İndoneziyada baxmaq olar. Onun mövsümü ilboyu davam edir.

Mameya

Başqa adı sapotadır. Dəyirmi formalı kiçik meyvəsi var. Ətli hissəsi narıncı rəngindədir. Ərik dadı verir. Onu piroq və tortlara əlavə edir, konservləşdirir, yetişməmiş meyvələrindən jele hazırlayırlar.

Bu meyvənin dadına Kolumbiya, Meksika, Ekvador, Venesuela, Antil adalarında, habelə ABŞ-ın Florida ştatı və Havay adalarında, Cənub Şərqi Asiyada baxmaq olar. Mövsümü sentyabr ayından noyabr ayına qədər davam edir.

Narahilla

Bu meyvəni narahilya, lulo, And dağlarının qızıl meyvəsi də adlandırırlar. Görkəminə görə tüklü pomidora bənzəyir, dadına görə ananas və çiyələyi xatırladır. Onun şirəsindən və ətindən meyvə salatları, dondurma, yoğurt, biskvit, şirin sous və kokteyllərin hazırlanmasında istifadə olunur.

Dadına Venesuela, Panama, Ekvador, Kosta-Rika və Çilidə baxmaq olar. Mövsümü sentyabr ayından noyabr ayınadək davam edir.

Xama alması

Digər adları annona, quanabana və qravioladır. Planetimizdə bitən ən böyük tropik meyvələrdən biridir. Bir meyvənin çəkisi 7 kiloqrama çata bilər. Forması oval və ya ürəkşəkilli, yumşaq tikanlarla örtülmüş qabığı sərtdir. Kremvarı-ağ rəngində olan əti xoş turşməzə dadı olan limonadı xatırladır. Kokteyl, şirə, püre, şərbət və dondurmanın hazırlanmasında istifadə olunur. Qara rəngli toxumları zəhərlidir.

Dadına Bermud və Baham adalarında, Meksika, Peru və Argentinada baxmaq olar. Mövsümü ilboyu davam edir.

Noni

Hindistan tutu, pendirli meyvə, donuz alması da adlandırılır. Kartof və ya iri gavalı boyda olan bu meyvənin qabığı yarımşəffafdır. Noni yetişən zaman onun yaşıl rəngi sarımtıl ağ rəngə çevrilir. Onun kəskin ətri, acı dadı var. Buna görə də bəzən onu “qusdurucu meyvə” adlandırırlar. Xalq arasında nonini xəstəliklərin yarısının dərmanı adlandırırlar. Bəziləri onu ən faydalı ekzotik meyvə hesab edirlər.

Bu meyvəyə Malayziya, Polineziya, Avstraliya, Cənub Şərqi Asiyada təsadüf etmək olar. Mövsümü isə ilboyu davam edir.

Jabotikaba

Bu meyvə cabotikaba, Braziliya üzüm ağacı da adlandırılır. Üzüm gilələrinə və ya qarağata bənzəyən meyvələri salxım şəklində ağacın gövdəsində və əsas budaqlarında bitir. Qabığı acıdır. Onun ətindən şirə, jele və marmelad hazırlayırlar.

Bu meyvənin dadına Braziliya, Paraqvay, Boliviya, Argentina, Uruqvay, Panama, Peru, Kolumbiya, Kuba və Filippində baxmaq olar. Mövsümü aprel ayından oktyabrın sonunadək davam edir.

Kuruba

Yaşıl rəngində yetişməmiş meyvələri iri xiyarı xatırladır. Yetişəndə tünd sarı rəngdə olur. Narıncı-qəhvəyi rəngli, xırda tumları olan əti turşməzə və ətirlidir. Kuruba susuzluğu çox yaxşı yatırır. Onun ətindən şirə, mürəbbə, jele və müxtəlif salatlar hazırlanır.

Bu meyvə Boliviya, Uruqvay, Argentina, Ekvador, Peru, Hindistan və Yeni Zelandiyada bitir. Mövsümü ilboyudur, lakin Hindistan və Yeni Zelandiyada mart ayından noyabr ayınadək davam edir.

Kupuasu

Şirəli və ətirli kupuasu meyvələri formasına görə qovunu xatırladır. Onun uzunluğu 25 santimetrə, eni 12 santimetrə çatır. Qırmızımtıl qəhvəyi rəngli qabığı bir qədər sərtdir. Ətli hissəsi ağ rəngdədir. Dadı turşaşirindir. Toxumları beş yuvada yerləşir. Onu təzə olanda yeyirlər, şirə, yoğurt, cem, konfet və şokoladın hazırlanmasında istifadə edirlər. Özü qopub yerə düşən kupuasu ən dadlı kupuasu hesab olunur.

Bu meyvəni Braziliya, Kolumbiya, Venesula, Ekvador, Meksika və Peruda dadmaq olar. Mövsümü ilboyudur.

Maranq

Maranqın meyvələri uzunsovdur, tikanlı qalın qabığı meyvə yetişdikcə sərtləşir. İçərisindəki toxumlu ağ dilimlər yetərincə iridir. Bir dilim ovucun üçdəbir hissəsi boydadır. İnsanlar onun dadını birmənalı şəkildə təsvir edə bilmirlər. Bəzilərinin fikrincə, maranq vafli stəkanda plombiri xatırladır, bəziləri onu pastilaya bənzədir, digərləri ümumiyyətlə bənzərlik tapmaqda acizlik çəkirlər. Maranqı ixrac etmək mümkün deyil, çünki dərhal xarab olur. Onu dərən kimi yeyirlər. Maranqdan desert və kokteyllərin hazırlanmasında istifadə olunur. Toxumlarını ya qızardır, ya da qaynadırlar.

Bu meyvəni Filippin, Bruney, Malayziya, Borneo adası və Avstraliyada görmək olar. Mövsümü avqustdan aprelin sonunadək davam edir.

Tailand meyvələri

Bu ölkədə ilboyu meyvə satılır. Hərçənd mövsümü olmayanda manqostin meyvəsi tapılmır, ananas isə iki dəfə baha olur. Meyvəni bazarlardan, köşklərdən, səyyar satıcılardan almaq olar.

Tailandda ananas, banan, quava, cekfrut, durian, qovun, karambola, kokos, liçi, lonqan, lonqkonq, manqo, manqostin, naringi, mapla, noyna, papaya, pitaya, pomelo, rambutan, salaka, sapodilla, tamarind, yuyuba kimi meyvələr geniş yayılıb.

Vyetnam meyvələri

Vyetnam dünya bazarının ən iri meyvə təchizatçılarından biridir. O, bu sahədə hətta Tailandla ciddi rəqabət apara bilər. Vyetnamın cənubunda meyvə daha boldur. Mövsümü olmayan ekzotik meyvələrin qiyməti 2-3 dəfə bahalaşa bilər.

Bu ölkədə avokado, ananas, qarpız, banan, quava, cekfrut, durian, qovun, ulduzlu alma, yaşıl portağal, karambola, kokos, liçi, lonqan, manqo, manqostin, naringi, marakuya, südlü alma, mombin, noyna, papaya, pitahaya, rambutan, çəhrayı alma, sapodilla, tanjerin, sitron kimi meyvələr geniş yayılıb.

Hindistan meyvələri

Hindistan bir neçə iqlim qurşağında yerləşir. Bu da istər tropik, istərsə də mülayim (yüksək dağlıq) qurşaqlar üçün səciyyəvi olan meyvələrin yetişməsinə əlverişli şərait yaradır. Dükanlarda yaxşı tanıdığımız alma, şaftalı və üzümlə yanaşı, kokos, papaya və sapadilla kimi meyvələri görmək olar.

Hindistanda avokado, ananas, anonna (çerimoya), qarpız, banan, quava, cekfrut, əncir, karambola, manqo, naringi, marakuya, papaya, sapodilla, tamarind kimi meyvələr geniş yayılıb.

Misir meyvələri

Misirdə meyvə ildə iki dəfə - yazda və payızda yığılır. Buna görə də bu ölkədə meyvə mövsümü ilboyu davam edir. Sadəcə, qış meyvələrinin qurtarmaq və yay meyvələrinin yetişmək üzrə olduğu erkən yaz və yay meyvələrinin qurtarmaq , qış meyvələrinin yetişmək üzrə olduğu erkən payız mövsümündə bir qədər qıtlıq hiss olunur.

Misirdə ərik, heyva, portağal, qarpız, banan, üzüm, nar, qreypfrut, armud, quava, qovun, əncir, kantalupa, karambola, kivi, qırmızı banan, limon, manqo, maraniya, muşmula, pepino, şaftalı, pitaya, pomelo, şəkərli alma, fizalis, xurma geniş yayılıb.

Kuba meyvələri

Misirdən fərqli olaraq, Kubada meyvə mövsümləri daha qabarıq ifadə olunub. Burada ilboyu ananas, portağal, banan, quava və papaya almaq olar. Ən dadlı manqo iyul-avqust aylarında olur. Mamonçillo, çerimoya, karambola və avokado mövsümü yayda, kakos, qarpız, qreypfrut mövsümü yazda start götürür. Burada avokado, ananas, annona, portağal, banan, Barbados albalısı, qreypfrut, quava, kaymito, karambola, kokos, laym, limon, mamonçillo, manqo, marakuya, papaya, sapodilla, tamarind və çerimoya geniş yayılıb.

Dominikan meyvələri

Tropik Dominikanda meyvə çeşidləri olduqca çoxdur. Burada adi banan və ananasdan tutmuş qranadilla, mamonçillo və sapotaya qədər cürbəcür ekzotik meyvələrə təsadüf olunur.

Ölkə ərazisində avokado, ananas, qarpız, banan, qreypfrut, nar, quanabana, qovun, kaymito, kivi, kokos, mamonçillo, mamon, manqo, marakuya, dəniz üzümü, muşmula, noni, papaya, sapota, pitahaya geniş yayılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb