Əbu-Dabidə Ukrayna üzrə danışıqlar davam edir
Moskva, 5 fevral, AZƏRTAC
Əbu-Dabidə Ukrayna ilə bağlı üçtərəfli danışıqlar davam edir. Burada iqtisadi məsələlər, ərazi aspektləri və atəşkəs mexanizmi müzakirə olunur. Bu barədə TASS öz mənbələrinə istinadla məlumat verib.
AZƏRTAC xəbər verir ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin jurnalistlərə bildirdiyinə görə, Rusiya ilə ABŞ arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin bərpası istiqamətində fəal iş aparılır və Amerika nümayəndə heyəti ilə görüşlər müsbət davam edir: “Biz Tramp administrasiyası ilə Rusiya-ABŞ münasibətlərinin iqtisadi sahədə, o cümlədən iqtisadi əməkdaşlıq üzrə Rusiya-Amerika qrupu çərçivəsində bərpası üçün fəal şəkildə çalışırıq. Bu gün görüşdük və danışıqlar müsbət məcrada gedir”.
O, sülh müqaviləsi üzrə və irəliyə doğru müsbət istiqamətdə də tərəqqi əldə edildiyini bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür VİDEO
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [12:10]