Ədəbi-bədii kompozisiya təqdim edilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də paytaxtın 189 nömrəli orta məktəbində Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, foyedə məktəblilərin Xocalı şəhidlərinin xatirəsinə həsr etdikləri rəsm sərgisi nümayiş olunmuşdur.
Tədbirdə məktəbin direktoru, Əməkdar Müəllim Bela Cəlilova ermənilərin qəsbkarlıq və etnik təmizləmə siyasətindən danışmışdır. O, qədim Azərbaycan əraziləri hesabına özlərinə dövlət quran bu qəsbkarların torpaqlarımızda törətdikləri vəhşilikləri xatırlatmışdır.
Sonra şagirdlərin ifasında şair Zərəngiz Dəmirçi Qayalının Xocalı və Qarabağ mövzusuna həsr etdiyi şeirlərdən ibarət “Nə idi günahımız?” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən “Günay” Uşaq Teatrının ifasında müəllifin “Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Xocalı” tamaşası təqdim olunmuşdur.
Tamaşanın bədii tərtibatçısı və rejissoru Larisa Tarusova, baletmeysteri Günəş Talıblı, məsləhətçisi Aygün Zamanlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]