RƏSMİ SƏNƏDLƏR
ƏFQANISTAN İSLAM DÖVLƏTİNİN MÜVƏQQƏTİ HÖKUMƏTİNİN BAŞÇISI ZATİ-ALİLƏRİ CƏNAB HƏMİD KARZAYA
Hörmətli cənab Həmid Karzay,
Əfqanıstan İslam Dövlətinin Müvəqqəti hökumətinin Başçısı vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Sizin fəaliyyətiniz sayəsində Əfqanıstanda sülh və sabitlik bərqərar olacaq, ölkəniz sosial-iqtisadi dirçəliş yoluna qədəm qoyacaqdır.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 yanvar 2002-ci il