ƏFSANƏ HESAB EDİLƏN TUNEL AŞKAR OLUNMUŞDUR
Bakı, 16 fevral (AZƏRTAC). Əfsanəyə görə, makedoniyalı İskəndər ov edəndən sonra bir çinarın kölgəsində yatır və yuxuda çinarın altından tunellə su axdığını görür. Yuxudan oyananda bunun gerçək olduğunun şahidi olur.
Türkiyənin NTV telekanalına istinadən bildirilmişdir ki, böyük fatehin yuxusunda gördüyü həmin tunel Türkiyənin İzmir bölgəsində tapılmışdır.
2500 ildir ki, Kadifkaledən Aqoya hündürlüyü 2, eni 1 metr olan bu kanalla su axır. Əfsanənin həqiqət olduğunu professor Akın Ersoyun rəhbərliyi altında araşdırma aparan qrup açmışdır. Araşdırma qrupu tunelin içərisi ilə xeyli getsə də, sona çıxa bilməmiş və oksigen çatışmazlığından ehtiyatlanaraq geri qayıtmışlar. Gələcəkdə oksigen balonu ilə tunelin sonuna qədər getmək planlaşdırılır.
Arxeoloqlar minillik tunelin kəşfinin İzmir üçün böyük tarixi hadisə olduğunu və onun buraya turist axınını gücləndirəcəyinə əminliyini vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [11:58]
Abbas Əraqçi: İran diplomatiyaya üstünlük verir
- 16.11.2026 [11:49]
Fransadakı aksiyalarda prezident Makronun istefası tələb olunacaq
- 16.11.2026 [11:48]
“Morgan Stanley” qlobal səhmlər üzrə investisiya mövqeyini artırıb
- 16.11.2026 [11:36]
“Anthropic”in IPO-su süni intellekt sektoru üçün mühüm sınaq olacaq
- 16.11.2026 [11:34]