E.İ. Əfəndiyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Elçin İlyas oğlu Əfəndiyev “Şərəf” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2013-cü il.