RƏSMİ SƏNƏDLƏR
E.İ.QULİYEVƏ GENERAL-MAYOR HƏRBİ RÜTBƏSİNİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin müavini - Sərhəd Qoşunları Komandanı polkovnik Elçin İsaağa oğlu Quliyevə general-mayor hərbi rütbəsi verilsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 avqust 2001-ci il