İQTİSADİYYAT
“Ekol Mühəndislik Xidmətləri”nin 3-cü təmizləmə sistemində yeni porşenli elektrik nasosu istifadəyə verilib
Bakı, 11 mart, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamentinin (TED) 4-cü (Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) 9-cu sahəsi) ərazisində 3-cü təmizləmə sistemində buxar nasosu yeni porşenli elektrik nasosu ilə əvəz edilərək istifadəyə verilib.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, “Ekol Mühəndislik Xidmətləri”nin Tullantıların Emalı Departamentinin (Heydər Əliyev adına NEZ-in 9-cu sahəsi) istehsalat sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər planı çərçivəsində, mütəmadi olaraq zəruri işlər həyata keçirilir. Tədbirlər planına uyğun olaraq QSC-nin TED-in ərazilərindəki təmizləyici qurğularda, nasoslarda, boru xətlərində, qazanxanalarda və elektrik təsərrüfatında profilaktiki təmir işləri yerinə yetirilir. Hazırda TED-in kollektivi tullantıların idarəolunması, xidmət sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi və keyfiyyətin yaxşılaşdırılması, qurğu və avadanlıqların saz vəziyyətdə işləməsi, həmçinin texnoloji reqlamentə dəqiq əməl olunması məqsədilə TED-in 4-cü ərazisində 3-cü təmizləmə sistemində buxar nasosu yeni porşenli elektrik nasosu ilə əvəz edilərək istifadəyə verilib.
Digər sahələrdə aparılan işlərlə yanaşı ərazidə yerləşən iri tutumlu 909 saylı çəndə texnoloji proseslər nəticəsində formalaşan neftşlamın təmizlənməsinə başlanmış və işlər yüksək səviyyədə yerinə yetirilir.
TED-in fəaliyyət sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin olunması, keyfiyyətin yaxşılaşdırılması məqsədilə profilaktiki təmir və quraşdırma işləri davam etdirilir.