Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni kompleks istifadəyə verilib

Culfa, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 6-da Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni kompleks istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Ali Məclisin Sədri Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni binaların istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Azərbaycan müstəqillik əldə etdikdən sonra yaradılan təşkilatlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikasında da Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılaraq fəaliyyət istiqamətləri müəyyənləşdirildi.

Ali Məclisin Sədri deyib: Ötən əsrin 30-cu illərindən etibarən Naxçıvan Muxtar Respublikası ərazisinin geoloji öyrənilməsinə başlanmışdır. Muxtar respublika ərazisində ilk dəfə 1967-ci ildə Naxçıvan Geoloji Kəşfiyyat Ekspedisiyası yaradılmışdır. Ekspedisiya muxtar respublika ilə bərabər Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazilərində də bərk faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatını həyata keçirmişdir. 2001-ci ildən isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Milli Geoloji Kəşfiyyat Xidmətinin tərkibində Naxçıvan Geoloji Axtarış Ekspedisiyası adı ilə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 oktyabr 2014-cü il tarixli qərarı ilə Naxçıvan Geoloji Axtarış Ekspedisiyası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 fevral 2015-ci il tarixli Fərmanı ilə Geoloji Axtarış Ekspedisiyasının bazasında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan Geoloji Axtarış və Kəşfiyyat İdarəsi yaradılmış və Əsasnaməsi təsdiq edilmişdir.

Qeyd olunmuşdur ki, yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntı yataqlarının və yeraltı su mənbələrinin axtarışı, kəşfiyyatı, öyrənilməsi və qiymətləndirilməsi, filizlərin, süxurların, suların və digər geoloji törəmələrin fiziki-mexaniki, kimyəvi və digər xüsusiyyətlərinin laborator tədqiqi, təbii və antropogen fəaliyyət nəticəsində yer səthində baş verən ekzogen geoloji proseslərin öyrənilməsi, muxtar respublikada yer təkinin, faydalı qazıntıların mühafizəsi və istifadəsi sahəsində qanunvericiliyə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, yer təkinin dərinlik quruluşunun, seysmik şərait və digər təbii hadisələrin öyrənilməsi Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin qarşısında duran əsas vəzifələrdir.

Ali Məclisin Sədri Geoloji Axtarış və Kəşfiyyat İdarəsinə tapşırıb ki, muxtar respublika üzrə mineral-xammal bazasının resurslarının perspektiv proqnozlarını, yeraltı su ehtiyatlarının kompleks istifadəsi sxemlərini hazırlasın, nəzərdə tutulan geoloji tapşırıqların təsdiq olunan layihə-smeta sənədlərinə müvafiq surətdə ardıcıl, səmərəli, keyfiyyətli və müəyyən olunmuş müddətdə yerinə yetirilməsini təmin etsin. İdarə həmçinin yeraltı suların rejim və balans elementlərini, çirklənməsini, ehtiyatların tükənməsini, eksogen geoloji prosesləri, seysmik və radiasiya şəraitini öyrənməli, ətraf mühitin təbii proseslərdən mühafizəsi məqsədilə monitorinqlər keçirməlidir. Faydalı qazıntı ehtiyatlarının və yeraltı suların balans və balansdankənar ehtiyatlarını, proqnoz resurslarını hesablamalı, ekspertiza və təsdiq üçün aidiyyəti üzrə təqdim etməlidir.

Qeyd olunub ki, qanunvericiliklə müəyyən edilmiş qaydada hər bir su obyekti üçün ekoloji su buraxılışı və suların bərpa edilmədən götürülməsinin həcmi müəyyən edilməlidir. Yerüstü və yeraltı tikinti-quraşdırma işləri aparılacaq sahələrin mühəndis-geoloji və hidrogeoloji şəraitinin öyrənilməsi üzrə işlər aparılmalı, qanunvericiliklə müəyyən edilmiş qaydada muxtar respublikada geoloji-kəşfiyyat işləri həyata keçirilməlidir. İdarə fövqəladə geoloji şəraiti və geoloji fəlakət zonaları müəyyən etməli və bu sahədə müvafiq dövlət tədbirlərinin həyata keçirilməsində iştirak etməlidir. Eyni zamanda sənaye qovşaqlarının, kurort və istirahət zonalarının, seysmik mikrorayonlaşdırma və mühafizə zonalarının, ərazi və yaşayış məntəqələrinin təhlükəli geoloji və digər analoji proseslərdən mühafizə qaydalarını hazırlamalıdır. Ekoloji baxımdan yeraltı su obyektlərindən səmərəli və məqsədyönlü istifadə edilməsinə, onların çirklənmədən, tükənmədən qorunmasına, habelə yeraltı suların planlı istifadəsinə nəzarət etməli, yaradılanları qorumalı, həvalə olunmuş vəzifələrin icrasında kollektiv səyini artırmalıdır.

Ali Məclisin Sədri verilən tapşırıqların icrasında geoloqlara uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov tədbirdə çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasında təbii sərvətlərdən səmərəli istifadə iqtisadi siyasətin əsasını təşkil edir. Bunun üçün muxtar respublika ərazisində mövcud olan mineral xammal ehtiyatının öyrənilməsi, tədqiqi və istifadə edilməsi sahəsində fəaliyyətin qurulması mühüm vəzifələrdəndir. Muxtar respublika ərazisində geoloji axtarış və kəşfiyyat sahəsində aparılan işlərinin tarixi bu sahədəki təcrübələrin də zənginliyini göstərməkdədir. Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin fəaliyyəti üçün lazımi infrastruktur yaradılıb, yeni kompleks istifadəyə verilib. Hafiz Yaqubov muxtar respublikada ətraf mühitin qorunması, eləcə də geoloji xidmətin inkişafı sahəsində qarşıya qoyulan vəzifə və tapşırıqları layiqincə yerinə yetirəcəklərini bildirib.

Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin rəisi Əli Vəliyev yaradılan müasir şəraitə görə muxtar respublika geoloqları adından minnətdarlıq edib, qarşıya qoyulan vəzifə və tapşırıqların icrasında səylə çalışacaqlarına söz verib.

Sonra Ali Məclisin Sədri yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, kompleksə əsas inzibati bina, birmərtəbəli Geologiya Muzeyi, çöl tədqiqatları üçün kameral mərkəz, Geoloji Tədqiqatlar Mərkəzi, yeməkxana, avtomaşınların saxlanılması üçün açıq və örtülü dayanacaqlar, eləcə də mexaniki təmir sexi daxildir. İnzibati bina iki mərtəbədən ibarətdir. Burada 20 iş otağı, akt zalı, geoloji informasiya fondu, arxiv, treninq otağı vardır. Binadakı geoloji informasiya fondunda geoloji axtarış və kəşfiyyat işlərinin yerinə yetirilməsi haqqında məlumatlar toplusu saxlanılır. Hazırda fondda muxtar respublikanın geologiyasına aid 243 geoloji hesabat mövcuddur.

Geologiya Muzeyinin əsas fəaliyyət istiqaməti muxtar respublikanın mineral-xammal bazasını səciyyələndirən süxur, mineral və filiz nümunələrinin ümumi nümayişə təqdim edilməsi, geoloji-kəşfiyyat işlərinin nəticələrinin və elmi-geoloji nailiyyətlərin geniş miqyasda tanıdılması və təbliğindən ibarətdir. Bina eksponatların nümayişi zalı, eksponatların saxlanılması, hazırlanması və muzey işçiləri üçün xidməti otaqlardan ibarətdir. Muzeydə filiz ehtiyatları bölməsi, qeyri-filiz ehtiyatları bölməsi, muxtar respublikanın geologiya tarixi haqqında bölmə və Paleontologiya yarımbölməsi fəaliyyət göstərir. Muzey fondunda 700 eksponat vardır. Həmçinin burada muxtar respublikanın geologiya və faydalı qazıntılar xəritələri də qoyulub.

Çöl tədqiqatları üçün kameral mərkəz 4 axtarış və bir kəşfiyyat dəstəsi üçün nəzərdə tutulmuş xidməti otaqlardan ibarətdir. Burada mühəndis-texniki personalın işləməsi, çöl işləri zamanı yerinə yetirilmiş geoloji işlərin kameral araşdırılması, layihə-smeta sənədlərinin və yekun geoloji hesabatların tərtibi və planlaşdırılması üçün lazımi şərait yaradılıb. Geoloji Tədqiqatlar Mərkəzinin binası üyüdücü sex və 3 tədqiqat otağı olan laboratoriyadan ibarətdir. Üyüdücü sexdə 3 üyüdücü dəzgah və üyütmə prosesi üçün 2 avadanlıq, laboratoriyada isə Almaniyanın ən qabaqcıl firmalarının istehsalı olan müasir laboratoriya avadanlıqları quraşdırılıb. Yeni avadanlıqlar qısa müddətdə su və süxur nümunələrinin dəqiq analizlərinin aparılmasına və tərkibin müəyyənləşdirilməsinə imkan verir.

Ali Məclisin Sədri aparılan geoloji tədqiqatların nəticələrinin Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin əməkdaşları ilə birlikdə müzakirə olunması, muxtar respublikanın təbii sərvətlərinin geoloji tədqiqat və yerləşmə xəritələr haqqında məlumatların toplanması, Geologiya Muzeyinin yeni eksponatlarla və bu sahə ilə bağlı ədəbiyyatlarla zənginləşdirilməsi və “Muzey günləri” qrafikinə daxil edilməsi, geologiya üzrə fəaliyyət göstərən xarici müəssisələr və şirkətlərlə əlaqələrin qurulması və əməkdaşların ixtisasartırma kurslarına göndərilməsi barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib

Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır

Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır

Ceyhun Bayramov: Yaxın Şərqdə gərginliyin davam etməsi dərin narahatlıq mənbəyidir

Nazir müavini: Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək

Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb

Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb

“Tron 3” filminin nümayiş tarixi məlum olub

Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında

Yaponların ənənəvi qeyri-adi festivalı keçirilib

Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

Türkiyə və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub

Kral Çarlz Londonda ictimai vəzifəsinə davam edir - AZƏRTAC-ın eksklüziv fotoları VİDEO

Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək

Azad Gözəlov: Azərbaycanda avarçəkmə və kanoenin fəaliyyətini genişləndirmək niyyətindəyik

Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb

Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb

Mingəçevirdə “Prezident Kuboku-2024” reqatasının iştirakçılarının rəsmi paradı olub

Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqların sayı açıqlanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qətərli həmkarı ilə görüşüb

400-dən çox məktəbli və universitet tələbəsi “IDDA CUP – Bahar 2024” olimpiadasında iştirak edib

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Azərbaycan ilə İtaliya arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Latviya Belarusla sərhəddə yeddi yeni döyüş taboru formalaşdıracaq

Acun Ilıcalı daha bir futbol klubunu satın alır

Keniyada daşqınlar nəticəsində 90-dan çox insan itkin düşüb

İbtidai insanlarda qida sisteminin transformasiyası ilə bağlı yeni tədqiqat aparılıb

BDU-nun tələbəsi: Karyera Festivalı iş axtaran gənclər üçün faydalı olacaq

Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib

Birinci siniflərə qeydiyyat üçün Bakıda 27 alternativ mərkəz yaradılıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri ərazisində taktiki-xüsusi təlim keçirib

“Rabitəbank”ın əməkdaşı: Karyera Festivalında 10 vakansiya təqdim edirik

Şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb - SİYAHI

“Volkswagen”in gəlirləri 20 faiz aşağı düşüb

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Pediatr alim: Uşaqlar qarşısı peyvəndlə alına bilən infeksion xəstəliklərdən ciddi zərər görə bilərlər

Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək VİDEO

Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb VİDEO

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilir VİDEO

Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib

Rektor Elçin Babayev: Karyera Festivalında 1200-dən çox vakansiya təklif edilir

İsveç tədqiqatçıları Kvant kompüterinin təkmilləşdirilməsi üçün yer qatının 2100 metr dərinliyinə enəcəklər

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm

Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb

Masallıda istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb

Bu ilin yanvar-mart aylarında mehmanxanalarda gecələmələrin sayı 40 faizdən çox artıb

Şəkidə indiyədək 531 hektar sahəyə tütün şitilləri köçürülüb

Pekində HƏMAS və FƏTH nümayəndələrinin görüşü olub

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 15 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Microsoft İndoneziyada süni intellektin inkişafına 1,7 milyard dollar ayıracaq

Medianın İnkişafı Agentliyində Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüş olub

Musiqi məktəblərinin şagirdləri beynəlxalq müsabiqələrdə uğur qazanıblar

Sözün dahisi: Məhəmməd Füzuli

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

Azərbaycanla Özbəkistan qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığı genişləndirir

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub

“Titanik”in ən zəngin sərnişininin saatı rekord qiymətə satılıb

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda yekun dərs

I Beynəlxalq Opera Festivalının üçüncü günündə səhnəyə gənc istedadlar çıxıb

Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyi münasibətilə tədbir təşkil olunub

Qazaxıstanın sabiq daxili işlər naziri həbs olunub

Təhlükəli hesab edilən qida məhsullarının reyestr məlumatları açıqlanıb

G7 ölkələri kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini mərhələli şəkildə dayandıracaq

Almaniya Azərbaycanın Cənubi Qafqazdakı rolunu yüksək qiymətləndirir ŞƏRH

Avropa çempionu olan Azərbaycan şahmatçısı mükafatlandırılıb

BMU-nun əməkdaşı Pakistanda beynəlxalq konfransda iştirak edib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı yol-nəqliyyat hadisələri barədə məlumat yayıb

Avropa İttifaqında TikTokun bloklanması istisna olunmur

Bakı Planetarisində Hans Zimmerin musiqisi səsləndirilib

“AzerGold”da təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

® “Rabitəbank” Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon dollar dəyərində müqavilə imzalayıb

Azərbaycan millisinin voleybolçusu Macarıstan klubundan ayrılıb

Ekspertlər UNEC-də yeni dövrün təhsil ideyalarını səsləndiriblər

Azərbaycan diplomatları Şanxay Əməkdaşlıq Təşkilatının şahmat turnirində 2-ci yeri tutublar

Qazaxıstanlı nazir Türk dünyasının alimlərini bu il Tamqalıda keçiriləcək konfransa dəvət edib

BDU-nun 105 illiyinə həsr olunan Karyera Festivalı keçirilir

Azərbaycan ABŞ-da keçirilən multikultural festivalda təmsil olunub

AMB xüsusi tənzimləmə rejiminin hədəflərini açıqlayıb

® “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir

Çempionlar Liqası: “Bavariya” “Real Madrid”ə qarşı

FHN: Ötən gün 34 halda yanğına çıxış olub VİDEO