Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əliağa Ağayevin 100 illik yubileyi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2013-cü ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Əliağa İsmayıl oğlu Ağayevin anadan olmasının 100 illiyi tamam olur.

Əliağa Ağayev milli teatr tarixinin fitri istedada malik parlaq simalarındandır. Zəngin mədəni ənənələrə həmişə sadiq qalan səhnə ustası və kino aktyoru kimi o, özünəməxsus üslubda yaratdığı son dərəcə koloritli obrazlarla Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, böyük sənətkar Əliağa Ağayevin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Əliağa Ağayevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin