“ƏLİF HACIYEV” GƏMİSİ DƏNİZƏ ÇIXMIŞDIR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Əlif Hacıyev” elmi tədqiqat gəmisi əsaslı təmirdən və yeni avadanlıqla təchiz edildikdən sonra Xəzərin potensialının müasir vəziyyətini öyrənmək, onun bioloji ehtiyatları barədə hərtərəfli informasiya əldə etmək məqsədi ilə yay və payız ekspedisiyalarını həyata keçirmək üçün dənizə çıxmışdır. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu, BMT-nin kökü kəsilməkdə olan vəhşi təbii fauna və flora növləri ilə beynəlxalq ticarət haqqında konvensiyası katibliyinin qərarına müvafiq olaraq həyata keçirilir. Həmin qərara görə, Xəzəryanı ölkələr nərə balığı ehtiyatlarının öyrənilməsi üzrə elmi tədqiqat işləri aparmalı, habelə bu istiqamətdə birgə fəaliyyət göstərməlidirlər. Azərbaycan ümumxəzər yaz ekspedisiyasında artıq iştirak etmişdir.
Bu il Azərbaycan ilk dəfə olaraq, Xəzərin Azərbaycan sektorunda bu ekspedisiyanı öz imkanları hesabına aparacaqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bütün Xəzəryanı ölkələrin alimlərini ekspedisiyada təmənnasız iştiraka dəvət etmiş və Rusiya alimləri bu dəvəti qəbul etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 16.11.2026 [11:55]
Aqrar sektorda süni zəka və yeni texnologiyalar məşğulluğu artıracaq VİDEO
- 16.11.2026 [11:34]
Azad edilmiş ərazilərdə daha 1459,5 hektar sahə minalardan təmizlənib
- 16.11.2026 [11:22]