ELM VƏ TƏHSİL
“Elm” qəzetinin növbəti nömrəsində...
Bakı, 4 mart, AZƏRTAC
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü yer alıb.
Bundan əlavə, “Şuşa İli” ilə bağlı Tədbirlər Planının təsdiq edilməsinə dair Nazirlər Kabinetinin sərəncamı, AMEA Rəyasət Heyəti adından 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə akademiyanın qadın əməkdaşlarının təbriki, AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun Kimya, Biologiya və Tibb, həmçinin Humanitar Elmlər bölmələrinin elmi müəssisələrinin baş direktorları, o cümlədən Horizon Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin nümayəndələri ilə görüşləri və digər məqalələr oxuculara təqdim edilir.
Nəşrdə, həmçinin “Elmlə zəhmətin vəhdəti”, “Elmi fəaliyyətin vahid mərkəzdən idarə edilməsi dövrün tələbidir” sərlövhəli məqalələr, akademik Teymur Kərimli ilə müsahibə, nəşrlər, müsabiqə və s. informasiyalarla tanış olmaq olar.