Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Elm ziyası ilə nurlanan şərəfli alim ömrü - İsa Həbibbəyli

Elm ziyası ilə nurlanan şərəfli alim ömrü - İsa Həbibbəyli

Bakı, 20 sentyabr, AZƏRTAC 

Oktyabrın 16-da görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik İsa Əkbər oğlu Həbibbəylinin 70 yaşı tamam olur. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin “Elm ziyası ilə nurlanan şərəfli alim ömrü: Akademik İsa Həbibbəyli-70” sərlövhəli məqaləsində görkəmli alimin Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında göstərdiyi müstəsna xidmətlərindən, səmərəli elmi axtarışları ilə humanitar və ictimai elmin inkişafına verdiyi sanballı töhfələrdən, pedaqoji və ictimai-siyasi fəaliyyətindən bəhs olunur. AZƏRTAC məqaləni təqdim edir.

Akademik İsa Həbibbəyli pedaqoq, ictimai-siyasi xadim, ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı, istedadlı ədəbi tənqidçi, publisist, şair və yazıçı-dramaturqdur. İsa Həbibbəyli 90 kitabın, 1500-ə yaxın elmi, elmi-publisistik məqalənin müəllifidir. İndiyə qədər AMEA-nın vitse-prezidenti, Əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin əsərləri 10 cilddə nəşr olunub. Bu əsərlərin hər biri 70 illik şərəfli həyat yolunun, cəfakeş alim ömrünün bəhrəsidir. 70 illik şərəfli alim ömrü yaşayan akademik İsa Həbibbəylinin həyat yoluna nəzər saldıqda elm sahəsində bu böyük alimin hər zaman yeni-yeni uğurlara, ilklərə imza atdığını görürük.

İsa Həbibbəyli, ilk növbədə, tanınmış pedaqoq, elm təşkilatçısıdır. Onun ömrünün böyük bir hissəsi Naxçıvan Dövlət Universiteti ilə bağlıdır. Bu universitetin inkişafında, ölkəmizdə və dünyada tanınmasında onun böyük zəhməti var. İsa Həbibbəyli 20 ilə yaxın Naxçıvan Dövlət Universitetinin rektoru olub. Onun rektorluğu dövründə Naxçıvan Dövlət Universiteti respublikamızın aparıcı ali təhsil ocaqlarından birinə çevrilib, bu universitetin dünyanın aparıcı universitetləri ilə əlaqələri qurulub, xarici ölkələrdən gələn yüzlərlə tələbə həmin universitetin məzunu olub. İsa Həbibbəyli rektor olduğu dövrdə istedadlı tələbələrə hər zaman mənəvi dəstək verib, onların sevimlisinə çevrilib.

O, AMEA-nın vitse-prezidenti kimi akademiyanın humanitar sahəsinə çox uğurla rəhbərlik edir. Məhz onun dövründə AMEA-da akademik Akif Əlizadənin rəhbərliyi altında aparılan innovativ islahatlar texniki, dəqiq elmlər sahələrində olduğu kimi humanitar elmlər sahəsində də öz bəhrəsini verməkdədir.

İsa müəllim Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna rəhbərlik etdiyi dövrdən bu elm müəssisəsində fundamental araşdırmalar aparılmağa başlanılıb. Ədəbiyyat İnstitutu özünün intibah dövrünü yaşayır. Artıq X cilddə buraxılması nəzərdə tutulan “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi nəşr olunub. Ədəbiyyat İnstitutunda onlarla beynəlxalq konfrans keçirilib və keçirilməkdədir. Ədəbiyyat İnstitutunda yeni elmi istiqamətləri özündə ehtiva edən şöbələr açılıb, Hindistan, Çin, Yaponiya, Özbəkistan, Türkmənistan, Türkiyə, Macarıstan, Polşa və Monqolustanla ilk dəfə olaraq ədəbi əlaqələr qurulub. Sələfləri Bəkir Nəbiyev, Məmməd Cəfər Cəfərov, Kamal Talıbzadə, Yaşar Qarayev kimi nüfuzlu alimlərin yolunu şərəflə davam etdirən İsa Həbibbəyli bu gün Ədəbiyyat İnstitutunda yorulmadan, böyük əzmkarlıqla, kollektivin nüfuzunu və dəstəyini qazanmaqla ədəbiyyat sahəsində fundamental elmi-tədqiqat işlərinə rəhbərlik edir. Ədəbiyyat İnstitutu İsa Həbibbəylinin rəhbərliyi altında bu gün Azərbaycanda humanitar sahədə aparıcı elmi-tədqiqat mərkəzinə çevrilib.

İsa Həbibbəyli çox istedadlı natiqdir. Müxtəlif tədbirlərdə elmi, siyasi mövzularda saatlarla danışaraq dövlətimizin siyasətini, elmimizin uğurlarını yorulmadan, böyük həvəslə təbliğ etməsi onun natiqlik istedadını sübut edir. İsa Həbibbəylinin ən böyük bacarıqlarından biri istənilən elm sahəsində dərin məzmunlu çıxışlar etməsidir. Yəni elm sahəsində akademik üçün sərhəd yoxdur. İsa Həbibbəyli bəy nəslindəndir. Onun qanında zadəgan bir nəslin genetik kodları yaşayır. Bu genetika İsa Həbibbəyli şəxsiyyətinin humanistliyində, sadəliyində, xeyirxahlığında, alicənablığında, demokratikliyində özünü hər zaman büruzə verir. İsa Həbibbəyli istedadlı şairdir. Onun şeirlərində azərbaycançılıq ruhunun ifadəsi öz əksini tapıb. O, 1970-ci ildə yazdığı “Azərbaycanım” şeirində öz vətənpərvərlik duyğularını yüksək poetik dillə belə ifadə edir:

Qulaq as, dünyanın ürək səsinə,

Gör ki, bu dünyanın marağıyam mən,

Nəzər sal, qocaman neft ölkəsinə,

O deyir:“Bəşərin çırağıyam mən”.

O, onlarla belə şeirin, tərcümələrin, “Arpaçayı daşa bilməz” adlı mənsur poemanın müəllifidir. Təsadüfi deyil ki, onun əsərlərinin X cildi “Yollar şeirdən başlanmışdı” adlanır. Akademikin ilk elmi işi də romantik poeziyaya həsr edilib. İsa Həbibbəyli “Gülümov” adlı pyesin, “Çətinlikdə sınaq” adlı hekayənin də müəllifidir. Yəni akademikin ümumi yaradıcılığı bədii yaradıcılıqla elmi yaradıcılığın vəhdətindən ibarətdir. Şair Ayaz Vəfalının təbirincə desək, “İsa Həbibbəylinin bədii yazıları da istedadla yazılmışdır”.

İsa müəllim ulu öndər Heydər Əliyev siyasətini yorulmadan təbliğ edən, dövlətçiliyimizi hər zaman yüksəkdə tutan alimlərimizdəndir. Akademik yazır: “Dövlət müstəqilliyi ideyaları ilə böyük ədəbiyyatın idealı bir-birini tamamlayır. Bu halda sənətkar ölkəsinin, xalqının və dövlətinin sözçüsü kimi çıxış edir. Sənətkar üçün bundan böyük xoşbəxtlik yoxdur”. İsa Həbibbəyli qeyd edir ki, Heydər Əliyev kursu milli dövlətçilik təliminin strategiyasından, xalqın inkişaf dialektikasından ibarətdir. O, böyük siyasətin uzaqvuran topu, ağır artilleriyası idi. Heydər Əliyev yolu – Azərbaycan dövlətinin və xalqının əbədiyyət yoludur. İsa Həbibbəyli Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bugünkü uğurlu dövlət siyasətini ölkə daxilində və xaricində içdən gələn məhəbbətlə durmadan təbliğ və təşviq edir. O, düzgün olaraq, bu missiyanı hər bir ziyalının mənəvi borcu hesab edir.

Hər bir insanın həyatındakı uğurlarda müəllimlərin danılmaz əməyi və rolu var. İsa Həbibbəyli mərhum akademik, ədəbiyyatşünaslıq elmimizin korifeylərindən biri olan Məmməd Cəfər Cəfərovun xeyir-duası, tövsiyəsi ilə elm aləminə gəlib. Onun elmi-bədii yaradıcılığı və şəxsiyyəti haqqında tanınmış alimlər - Bəkir Nəbiyev, Əziz Mirəhmədov, Cavad Heyət, Abbas Zamanov, Yusif Seyidov çox dəyərli fikirlər söyləyib. Azərbaycan dilçiliyinin ən tanınan, nüfuzlu simalarından biri, professor Yusif Seyidov İsa Həbibbəyliyə həsr etdiyi “Akademik İsa Həbibbəyli” adlı monoqrafiyada akademikin yaradıcılığına yüksək dəyər verib. Yusif Seyidov yazır ki, İsa Həbibbəyli ya yeni söz deyir, ya da yeni fakt və sənədi təqdim edib açıqlayır. Məsələnin hər iki qütbü faydalıdır. Maraqlı cəhət bundan ibarətdir ki, İsa Həbibbəyli bu qütblərin üzvi sintezinə nail olmağı da bacarır. Ona görə də, sadəcə, oxunan əsərlər yox, həm də qalan, yaşayan əsərlər yarada bilir.

Dövlətin ideoloji siyasətində ədəbiyyatın mühüm vəzifəsini dərk edən böyük alim İsa Həbibbəyli ədəbiyyat və həyat məsələlərinə öz yaradıcılığında geniş yer verib. İsa müəllim haqlı olaraq yazır ki, böyük ədəbiyyat yarandığı zamanın tarixi, fəlsəfəsi və kompasıdır. Zaman faktoru həmişə böyük ədəbiyyat üçün zəruri olub. Lakin Zamanın ideoloji münasibəti onu birtərəfli göstərmək deməkdir. Ədəbiyyat Zamanı dərk və əks etdirən, irəli aparan əsas hərəkətverici qüvvələrdən biridir. Ədəbiyyat – Zamanı ələkdən keçirir.

İsa Həbibbəyli müasir ədəbi prosesləri düzgün qiymətləndirməyi bacaran istedadlı ədəbiyyatşünas alimdir. O, ədəbiyyatın milli inkişafda mənəvi-estetik funksiyasını dərindən analiz edən, fenomenal bacarığa malik olan filoloqdur.

Akademik İsa Həbibbəylinin istər klassik, istərsə də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, ədəbi proseslər haqqında dəyərli araşdırmaları milli ədəbiyyatşünaslığımız üçün əvəzsiz tədqiqatlardır. Onun Nizami Gəncəvi, Marağalı Əhvədi, Məhəmməd Füzuli, Aşıq Ələsgər, Mirzə Fətəli Axundov, Məhəmməd Tağı Sidqi, Nəriman Nərimanov, Əliqulu Qəmküsar, Məhəmməd Hadi, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, İsa Hüseynov, Firudin bəy Köçərli, Eynəli bəy Sultanov, Məhəmməd ağa Şaxtaxtinski, Əli bəy Hüseynzadə, Abbas Səhhət, Məmməd Səid Ordubadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Mir Cəlal Paşayev, Seyid Məhəmmədhüseyn Şəhriyar, Səməd Vurğun, Anar, Elçin, Məmməd Araz, Hüseyn İbrahimov, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Rəşad Məcid, Hüseynbala Mirələmov, Hikmət Mahmud haqqındakı elmi məqalələri ədəbiyyatşünaslıq elmimiz üçün qiymətli töhfələrdir.

İsa müəllimin Məmməd Cəfər, Abbas Zamanov, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Kamran Dadaşoğlu, Yaşar Qarayev, Nizami Cəfərov, Bəxtiyar Vahabzadə, Vaqif Yusifli, Xeyrəddin Qoca, İsa İsmayılzadə, Rüstəm Behrudi, İslam Səfərli, Asim Yadigar, Nəriman Həsənzadə, Qəzənfər Paşayev, Yaşar Qarayev haqqındakı ədəbi-tənqidi məqalələri ədəbiyyatşünaslığımız haqqında mühüm konsepsiyaları ifadə edir.

İsa Həbibbəyli mahir publisistdir. O, ali vətəndaşlıq mövqeyindən çıxış edərək hər zaman böyük bir ruh yüksəkliyi ilə milli mətbuatımızda dövlətçiliyimizin uğurlarının təbliğ edir, ictimai-siyasi, ədəbi-mədəni proseslərə yaradıcı ziyalı kimi həssas münasibətini bildirir.

Görkəmli alim dövlət və vətən qarşısında xidmətlərinə görə yüksək dövlət mükafatlarına layiq görülüb. İsa Həbibbəyli 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub. O, “Əməkdar elm xadimi” adına, “Şərəf” ordeninə layiq görülüb. İsa Həbibbəyli 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 2001-ci ildə Amerika Tədqiqatlar İnstitutunun “İlin adamı-2001” mükafatını alıb.

İsa Həbibbəyli tanınmış siyasi xadimdir. Uzun müddətdir ki, Milli Məclisin üzvüdür. O, Milli Məclisin Elm və təhsil komitəsinin sədridir.

İsa müəllimin “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” adlı namizədlik dissertasiyası haqqında akademik Məmməd Cəfər yazırdı ki, İsa Həbibbəylinin “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” adlı namizədlik dissertasiyası bizim filologiya elminə müəyyən yenilik gətirən və romantik lirika haqqında orijinal bir tədqiqat əsəridir. Orijinallığı bir də o cəhətdəndir ki, burada lirikanın daha çox poetikasından, üslublarından və janr xüsusiyyətlərindən danışılır.

Akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadə irsinin ən qüdrətli araşdırmaçısıdır. İsa müəllimin doktorluq dissertasiyası məhz bu böyük demokrat ədibin yaradıcılığına, onun yaşadığı mühitdəki ədəbi proseslərə həsr olunub. O, Mirzə Cəlilin yaradıcılığındakı xalqçılıq, azərbaycançılıq məfkurəsini oxucuya daha dolğun şəkildə anladıb. İsa Həbibbəyli İranda və Fransada Cəlil Məmmədquluzadənin nəslinə aid nümayəndələri tapıb üzə çıxarmaqla Mirzə Cəlil ruhuna sədaqətini və ehtiramını isbat edib.

“Molla Nəsrəddin” ədəbi məktəbi haqqında İsa müəllimin fikirləri çox dəyərlidir: “Molla Nəsrəddin” Azərbaycanın və türk-müsəlman mətbuatının şah əsəridir. Bu qiymətli jurnalın təsiri ilə, ilk növbədə, Azərbaycanda və Qafqazda, sonra isə geniş mənada türk-müsəlman dünyasında çoxsaylı satira jurnalları və qəzetləri meydana çıxmışdır”. Akademikin Cəlil Məmmədquluzadə haqqındakı əsərləri İranda, Misirdə, Ukraynada, Macarıstanda çap olunub.

XX əsrin əvvəllərində Azərbaycanda milli mücadilənin ən kəskin dövründə Cəlil Məmmədquluzadənin nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalının xalqımızın ictimai-siyasi həyatındakı mühüm rolunu düzgün qiymətləndirən akademik yazır ki, “Molla Nəsrəddin” dərgisi Azərbaycanda və türk-müsəlman dünyasında milli azadlıq və müstəqillik uğrunda mübarizənin ədəbiyyatda və mətbuatdakı sərkərdəsidir. Bu mübariz dərgi istiqlal hərəkatına mütəşəkkil, nizamlı bir ordudan artıq xidmət göstərmişdir. “Molla Nəsrəddin” dərgisi milli dirçəliş ideyalarından və mübarizlik ruhundan yoğrulmuş mənalı bir istiqlal kitabıdır.

Onlarla kitabın, yüzlərlə elmi, elmi-publisistik məqalənin müəllifi olan İsa Həbibbəyli məhsuldar alimdir. O, dünyanın müxtəlif elmi mərkəzlərində Azərbaycan elmini ən yüksək səviyyələrdə təmsil edib, bir çox xarici universitetlərdə ustad dərsləri keçib.

İsa Həbibbəylinin 2019-cu ilin sentyabrında nəşr olunan “Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyasında milli ədəbiyyatımızın dövrləşdirmə və tarixi inkişaf mərhələləri sistemli şəkildə müəyyənləşdirilib. İlk dəfə olaraq məhz bu monoqrafiyada milli ədəbiyyatımızın inkişaf konsepsiyası yeni prizmadan işlənilib. Bu monoqrafiyada ədəbiyyat tariximizə yeni baxış, yeni yanaşma özünü göstərir.

Görkəmli alim böyük enerji ilə bu gün də azərbaycançılıq ideyalarını yüksək vətəndaşlıq, universal ziyalılıq səviyyəsində əzmkarlıqla təbliğ edir. Millətinə və dövlətinə bağlılıq akademik İsa Həbibbəylinin həyat kredosudur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib