CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 319 əməkdaş barədə intizam tənbeh tədbirləri görülüb
Bakı, 1 avqust, AZƏRTAC
İlin birinci yarısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 319 əməkdaş barədə intizam tənbeh tədbirləri görülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında nazirliyin aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.
Bu dövrdə nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb.
Son 6 ayda audit yoxlamalarının nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.